Oyan deyərək

Oyan deyərək

Şair qəlbim səmalarda uçar oldu,
Bəxt ulduzu daim bizdən qaçar oldu,
Durub sordum nələr bitdi nələr oldu,
Susqun ürək dilə gəldi,gözlər doldu.

Dedi:«vətən»,«millət» deyə hayqıranlar
Tapdalayır bu torpağı «can» deyərək
Dönüb baxmır xalqa sarı demokratlar
Oyan xalqım, millətim «oyan» deyərək!



Bilirəm ki, Oyanacaq bu millətim yatmayacaq
Düşmənlərə torpaqları satmayacaq
Yağılarin üzlərinə baxmayacaq
Haray Veten! Haray millət!«qalx» deyərək!

Bəsdir qaldıq Qarabağsız, Cəbrayılsız!
Bəsdir qaldıq Zəngılansız, Kəlbəcərsız!
Bəsdir qaldıq Xocalısız, Xocavəndsız!
Vətən oğlu, ayağa dur «Dayan» deyərək!

Hər bir qarış torpağıncun dur ayağa
Nə vaxtadək gedəcəksən dar ayağa!
Nə vaxtadək qırılacaq övladların!
Bəsdir daha qalx ayağa «Qalxdım» deyərək!
 

Qarabaq, dogma diyar 

 

 

 

P.S: Öz şeirimdi
 

Top