Şəhidlər

Şəhidlər

Qantökən öz tökdüyü qana cavab vermədi,
Cavab vermək bir yana,«Yox,mən haqlıyam!»,-dedi.
Adamların başına od ələmək haqq imiş?
Səksən yaşlı qarını,on üç yaşlı uşağı güllələmək haqq imiş?
Olmayan bir günahı qan ilə yumaq üçün,
Bizim hüququmuzu bizdən qorumaq üçün
Qanımızın günahsız tökülməsi haqq imiş?
Zorlunun əllərilə haqlının qollarının bükülməsi haqq imiş?
Məntiqə bax,ay ALLAH!
Qanımızı tökənə bundan sonra yenə də biz inanaq,ay ALLAH?
Budurmu yaratdığı təzə hüquqi dövlət?

Budurmu vəd etdiyi müstəqillik,səadət?
Bəs bu qanunsuzluğun harası qanun oldu?
Qatıq dönüb süd oldu,əvvəl dönüb son oldu?
Bu,hüquqi dövlətin bizə bəxş elədiyi-hüququymuş,bilmədik.
Hüquqi dövlətdəki hüquq buymuş,bilmədik.
Əcnəbi ölkələrdə birini öldürürlər,ya ölkədən sürürlər,küy-kələk qaldırırsan.
Öz ölkəndə sən özün günahsız insanları məhkəməsiz qırırsan.
Hamısına bir adla«ekstremist»-deyə,hələ damğa vurursan.
Bu boyda məmləkətdə,bütün xalqlar,heç demə,«ekstremist»imiş
Hamı xoşbəxtliyindən,nəşəsindən məst imiş?!

Top