O gün gec olacaq görüşmək üçün,
Bu eşqin kitabın bağlayacayıq,
Üz-üzə gələndə gülsəkdə belə,
Çəkilib xəlvətə Ağlayacayıq.
Ağlayar o gözlər,ağlayar ürək.
O gün kədər gələr, sevinc yerinə.
Hərəmiz bir yalan danışaq gərək.
Mən öz sevgilimə, sən öz ərinə.
Açarıq sabahı gözləri diri,
O gece yummarıq gözlərimizi
O gün ilk sevginin, xatirələri,
Kədərli film tək ağladar bizi.
Bir o gün düşünüb məni anarsan.
Bir o gün soyuqluq köçər əlinə.
Bir o gün açarsan, köhnə sandığı,
Saralmış məktublar keçər əlinə.
Yenə oxumaqçün. gölər tələsər.
Sənə çox çətin gün sayılar o gün.
Tərəəddüd içində əllərin əsər,
Atarsan sobaya yandırmaq üçün.
Baxarsan ardınca o məktubların.
Gözlünün önündə, illərin yanar.
Tələsik alarsan sobadan amma,
Söndürə-söndürə əllərin yanar.
Demirəm bu sevgi önündə əyil,
Demirəm sevgində gözlərim qalıb
Bizim ilk məhəbbət uşaqlıq deyil,
Bizim ilk məhəbbət ömürlük olub.
Zamani geriyə qaytarmaq olmur,
Kaş səni sevməyə gec olmayaydı,
Ya da heç səninlə görüşməziydik
Eh belə məhəbbət heç olmayaydı