İnsan ki...

İnsan ki...

İnsan ki.. Uzaqdır qürur çirkindən
Ölüm gerçəyini gördüyü qədər.
Qorunar məzarda, qış zəhmərindən
İxlas jiletini, hördüyü qədər..

İnsan ki.. Yüksələr, şanı göylərə,
Nəfsini, yerlərə sərdiyi qədər.
Bürünər Cənnətdə tül ipəklərə,
Haqqdan aldığını verdiyi qədər...

İnsan ki.. Sirlərin sirrinə çatar,
Səcdənin sirrinə çatdığı qədər.
Güllərlə bəzənmiş, bir qəbrə girər,
Qəribin könlünə, girdiyi qədər...

İnsan ki.. Məqbuldur, dönməz diləyi
İslamı, ciddi qəbul etdiyi qədər.
Şəfqətlə yaxınlaşar ölüm mələyi,
Doğuş fitrətində qaldığı qədər...

İnsan ki.. İnsandır, Allah qatında
Quranın eşqiylə dolduğu qədər.
Beşikdən məzara, hər nəfəsində,
Ayələrə tabe olduğu qədər...

 

CENGİZ NUMANOĞLU

 

P.S: Tərcümə etdi- Axundova Təhminə, yəni mən

 

Top