Yağış

Yağış

Yaxaladın yenə məni küçədə,

Şıltaqlığın bəla oldu başıma.

Soyuqladım, üşüdüm gör necə də,

Damlaların qarışdı göz yaşıma.

 

İslanmğım tamam başqa gözəllik,

Düşünmə ki, bir gün səndən bezərəm.

Sən payıza "yandırılan üzərlik",

Hər işvənə, hər nazına dözərəm.

 

Damlaların həyatıma bir naxış,

Çətin, özgə gözəlliyə meyl edim.

Narın-narın, asta-asta yağ yağış,

Qoy mən səni pəncətədən seyr edim.

 

Xuraman Hüseynzade

Top