Fikrim yenə tamam sənin yanında, Uça-uça gələcəyəm, gəl – desən. Səndən ayrı bir həsrət var canımda, yuxuma gir, öləcəyəm, öl – desən.
Bundan sonra görüşümüz bir güman, bizi üzüb yetişəcək dərd kama. Mənim kimi sən də orda ağlama, göz yaşımı siləyəcəm, sil – desən.
Bəxti mənə sən yazırsan, neyləyim, nə ömürdən, nə yaşdandır gileyim?
Qismətiylə barışarmı taleyim, sənsiz keçən günlərimə il – desən?
Sən gedəli artan ancaq göynəyim, ruhdan qeyri qalmayıbdı heç nəyim. Görsəm səni çox incidir ölməyim, öləndə də güləcəyəm, gül – desən, yuxuma gir, öləcəyəm, öl – desən!
Fevral, 1998, Şeirin orijinal adı YUXUMA GİR adlanır. Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu). Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008