Gəzir saçlarında ilıq Gilavar,
Toxunur nəfəsi yanaqlarına.
Öpür dodağından, küləyə nə var?
Dünya verilib onun ixtiyarına.
Sirdaşım Gilavar...
Gilavar-küləyə nə var...
Tək sənsən sevgimdən
Xəbərdar, Gilavar.
Uzaqdan baxıram bu mənzərəyə
Görürəm qımışan dodaqlarını.
Arzum ürəyimdə qalmasın deyə
Öpürəm Bakının Gilavarını. Qasım SəfəroğluBu şeirə mahnı da bəstələnib (bəstəkar:Azər Dadaşov; ifaçısı: Azər Zeynalov)P.S: Şeirin müəllifi və ümumiyyətlə şeir haqqında verdiyi məlumata görə «puma» nikli istifadəçiyə minnətdarlığımı bildirirəm.