Çatlayir,Xanbaci,qəmdən ürəyim,
Qavuşub lap aciğimdan kürəyim!
Nola bir evdə qoyaydiz qarabaş,
Verməyəydiz məni bu əbləhə,kaş!
Mən ki,damdan bacadan baxmaz idim,
Su kimi hər tərəfə axmaz idim;
Oturub aç komasinda atamin,
Biş-düşün hazir edərdim anamin;
Bitləyirdim nənəmin baş-yaxasin,
Yamayirdim babamin çul-çuxasin;
Tez durub sübh sağardim inəyi,
Xansənəmdən diləməzdim köməyi;
Neyləyirdim bəzəyi ya düzəyi?
Dama,divarə yapardim təzəyi!
Atam əllaf,babam dülgər idi,
Qardaşim çulfa,əmim kargər idi;
Xanbibim falçi,nənəm bağ toxuyan,
Bizdə,haşa,yox idi oxuyan!
Evimizdə var idi hər nə desən:
Qatiq ayran ilə yaxmac,nə yesən!
Nə bilirdik nə zəhirmardi kitab?
Biz olan evdə haçan vardi kitab?
Büsbütün gül kimi insanlaridiq
Nə müəllim bə nə dərs anlaridiq;
Dəftərin andira qalmiş sözünü
Eşidib,görməmiş idik üzünü.
Böylə bir tərbiyəli evdə müdam,
Bəslədiz mən kimi bir sərvi-xüram!
Vay o gündən ki,məni ad elədiz,
Elə bildiz də ki ,dilşad elədiz;
Mən də sandim ki ,dönüb bəxtəvərə,-
Gedirəm bir nəfər insanə ərə!
Nə bilim böylə də insan varmiş,
Şəkli-insanda da heyvan varmiş?!
Ər oxurmuşda,yazarmişda,atam!
Ər deyil,mohlik azarmişda,atam!
Ər deyil şair imiş xanəxərab!
Fikri yazmaq,ozumaq,şuğli kitab...
Saldiz axirda yaman halə məni,
Ərə vardiz də bu qəffalə məni.
Gah yazir,gah oxuyur,gah danişir
Gündə bir hərzə kitabnan tanişir;
Gah gedir fikrə,bərəldir gözünü,
Məhv olur öylə ki bilmir özünü;
Sübh olunca gecələr darğa kimi,
Yatmayir qir-qir edir qarğa kimi;
Gahda bir yatsa da vəqtində əgər,
çəkməyir yoxladiği bir o qədər,
QƏflətən birdə görürsən ki durur
Yandirib lampani çilpaq oturur;
Başlayir yatdiği yerdə təzədən,
Oxuyub yazmağa birdə təzədən.
Belə od olmaz,atam,böylə alo!
Od deyil,yanği deyil,lovdur,lo!
Gah görürsən ki,miz ustə yixilir,
Baxiram halina qəlbim sixilir;
Bir qarandaş,bir-iki parə kağiz
O qədər çəkmir-olur qarə kağiz.
Xeyrini,şərini qanmir bu kişi!
Yorulub bircə usanmir bu kişi!
Bizim evdə baxsan hər tərəfə---
Taxçaya,boxçaya,ya kim ,irəfə---
Görəcəksən bütün işqabda kağiz,
Kasada nimçədə,boşqabda kağiz;
Yiğilib dağ kimi hər yanda kitab,
Evdə,dəhlizdə hər yanda kitab...
Deyirəm ay kişi gəl bir özünə,
Bu nə işdir a kül olsun ğözünə,
Bu əməl etdi səni xanə xərab,
Pullarin döndü bütün oldu kitab,
Oxuduqca gözünün qarəsini,
Aparir,tap başinin çarəsini!
Pul gedir,tabü təbanundagedir,
Üstəlik bu quru canun da gedir.
Kəsbü karundan əlin çixdi,usan!
Ər olan yerdə görüm yox olasan.