Elə bil mən səndən uzaqlaşıram,
Qulaq as, gör sənə nə deyir könül
Yaş ötür mən amma, uşaqlaşıram
Bir ana qucağı istəyir könül.
Sinəmə sığışmır bəzən təlaşım
Sən de, necə susum, necə danışım?!
Susmaq istəyirəm, din deyir yaşım,
Dinmək istəyirəm, sus deyir könül.
Namərd aramıza girmək istədi
Unudub hörməti, eşqi, izzəti,
Mən yaşaram dedim, könül yox dedi.
Mən yalan demişəm, düz deyir könül!
( N.Həsənzadə)