Kaş ki, uşaq olum yenə...
O ən şirin anlarımı yaşayım mən sənlə bir də.
Bəzən qorxub, ağlayaraq atılım tez qucağına,
Bir təsəlli axtararaq, sarılım mən qollarına.
Layla desin anam mənə...
Layla desin, bu balaca körpəsinə.
Nəfəs alım onun isti nəfəsiylə,
Qoy yuxuya gedim yenə, onun kövrək nəğməsiylə.
Yenə yatım onun isti qucağında,
Bir mələklər dünyasında.
Qucaqlayıb, asta desin- "mənim şirin, Fidan balam,
Nə yaxşı ki, bu dünyada, sənlə birgə mən də varam".
Müəllif mən- Fidan Yusupova.