Bağışla

Bağışla

müəllif: Əli Məmmədov, yazılıb 11 yanvar 2012 il, 20:30

Bağışla, görüşə gələ bilmədim,

Sənin ürəyini sevindirmədim.

Doyunca üzünə gülümsəmədim,

İndi sənin üşün çox darıxnışam.

 

 

Bağışla,qəlbini duymamışam mən,

Tuta bilməmişəm, heç əllərindən.

Doymadım üzünün təbəssümündən,

Həmin təbəssümə həsrət qalmışam.



Bağışla,unuda bilmirəm səni,

Hər an gözlədiyim o xoş səsini.

Sənsiz ötən vaxtın dəqiqəsini,

Saata baxanda, saat saymışam.



Bağışla, hər dəfə xatırlayanda,

Qəlbim xəyalınla tənhaqalanda,

Ürəyim sıxılıb, hər darıxanda,

Şəklinə baxmaqdan heç doymamışam.
Top