Bu dərdin qoynuna özün atıldın,
Bəs niyə günəştək birdən tutuldun?
Sən gördün,sən sevdin,sən aldadıldın,
İndi peşimansan ,ağla ,gözlərim.
Fəryadım hər sözə kiriyən deyil,
Qəlbimdə yurd salıb,yeriyən deyil,
Kədərim gülüşlə əriyən deyil,
Ümidsiz gümansan,ağla,gözlərim.
Hərdən bulud kimi boşaldın,doldun,
Qəmli baxışınla yollarda qaldın,
Sevdin,sevdiyinə peşiman oldun,
İndi ah-amansan ,ağla ,gözlərim.
Axıb gilə-gilə durulacaqsan,
Yollara baxmadan yorulacaqsan.
Ağlaya-ağlaya kor olacaqsan,
Qara bir dumansan,ağla,gözlərim