Ədalət şam kimi əriyir, ALLAH
Zor haqqı divara diriyir, ALLAH
Yalan ayaq açıb yeriyir, ALLAH
Bacara bilmirsən doğru-yalanla
De, necə barışım mən bu zamanla...
Mərdlərin başını namərdlər yiyir
Ürəklər soyuyub olub buz kimi Bığsız kişiləri el ağsaqqalı Qeyrət çoxları üçün olub 'qeyri ət' 'Ramil Səfərova azadlıq', hanı? İndi 1 şüar var, 'yaşasın rüşvət' Ata-anasıni oğraşlar bu gün Hər kəs öz xeyrini güdür həyatda Haqqa yox, nəfsədir indi etiqad Varlı süfrəsində olan tox milçək Kasıb nə deyirsə 'əşşşii' deyirlər Avropa dəbinə olannan kölə Mən vəhşi çimərlik gördüm bu yayda Kişi var ev satıb qız kirəliyir Arvad var ərinin sözünə baxmır Məmurlar firon tək əyləşib taxtda Cinayət törədən hakim bizdədi Cəngi bata-bata batır zatımız Şairlər yazmasın sevgi şeirini
Güldürüb özünə şarlatanları Azmıdır bu xalqın din işğalçısı? Dinlədikcə şeytan çalan havanı Mən Nəsimi övladıyam, ay arsız Xəyala dalıram 1 an içində Həmçinin bax: Azərbaycanlılar
Şərə göz vermiyib göz yumur Xeyir
Gədalar özünə şahənşah deyir
Yaxşılar iş görür pislə, yamanla
De, necə barışım mən bu zamanla...
Namus çeynənilir 1 saqqız kimi
10 ilin pozğunun təmiz qız kimi
Gəlin köçürən var toyla, nişanla
De, necə barışım mən bu zamanla..........
Elmdən dəm vurur ağıldan kalı
Pələngə tay olub çaqqal çukqalı
Qoyunu aşnalıq edir qabanla
De, necə barışım mən bu zamanla..........
1 milyon qaçqını olan bu millət
Dözüb səbr eliyir dəhşətdi dəhşət
Yuya bilmiriksə biz qanı qanla
De, necə barışım mən bu zamanla..........
Verdik yad əllərə o mərd oğlanı
Allah yerə soxsun Azərbaycanı
Bu həyalı canla, bu həyəcanla
De, necə barışım mən bu zamanla..........
Başda vəzifədir, ayaqda qeyrət
Bu yolla hara gedir bu millət
Yolu kəsmək olmur hətta QURANLA
De, necə barışım mən bu zamanla..........
Qocalar evinə edirsə sürgün
Qarabağ alınar? Bu qeyri mümkün
Dünyanı titrədən ahu-fəğanla
De, necə barışım mən bu zamanla..........
Bu işə ALLAH da mat qalıb hətta
2 doğma qardaş 1 damın altda
1 ocaq yandırır 2 qazanla
De, necə barışım mən bu zamanla..........
1 kimsə yoxsula etmiyir imdad
Varlı öz dövlətin çəkdirir, ey dad
Kasıb öz çəkisin çəkən qapanla
De, necə barışım mən bu zamanla..........
Durur ac kasıbdan hörmətdə yüksəy
Pul üçün fağıra hansısa eşşək
Əgər əmr edirsə 'xoruz tək banla'
De, necə barışım mən bu zamanla..........
'Dəlidi, işləmir başı' deyirlər
İndi dövlətliyə 'kişi' deyirlər
Mənlik ölçülürsə dövlətlə, şanla
De, necə barışım mən bu zamanla..........
Ar zibil şəklində atılıb çölə
Adam xəcalətdən az qalır ölə
Darbalaq şalvarla, yarıq tumanla
De, necə barışım mən bu zamanla..........
Diqqət! Fahişəxana tikilir ayda
Ata Maskvada, ana Dubayda
Oğul parapeddə, qız... Özün anla
De, necə barışım mən bu zamanla..........
Firminni oteldə can şirəliyir
Arvad-uşağısa baş girəliyir
1 parça çörəklə, 1 baş soğanla
De, necə barışım mən bu zamanla..........
Ər var arvadının üzünə baxmır
Bu dünya güzgüdə özünə baxmır?!
Hanı Nuh peyğəmbər?! Gəlsin tufanla
De, necə barışım mən bu zamanla..........
Torpaq qanununun icrası saxta
Kompüter, texnika olan bu vaxtda
Kəndli yer şumluyur xışla, kotanla
De, necə barışım mən bu zamanla..........
Xəstəsin öldürən həkim bizdədi
Özün kəşf etmiyən alim bizdədi
Bu əsəbi başla, bu dərdli canla
De, necə barışım mən bu zamanla..........
Yallı yox caz gedir camaatımız
Məhv olmaq üzrədi muğamatımız
Əgər küsmüşüksə tarla, kamanla
De, necə barışım mən bu zamanla..........
'Məcnunlar' bulvarda gəzir 'Leylini'
Erkəylər erkəyə salır meylini
Nigah bağlıyırsa zənan zənanla
De, necə barışım mən bu zamanla..........
Birləşmir dünyanın müsəlmanları
Mənə fitva versin din irfanları
2 təriqətlə, 2 azanla
De, necə barışım mən bu zamanla..........
Dələduz mollası, gopçu falçısı
Hacı pivəsinin istehsalçısı
Saziş bağlıyırsa dini dükanla
De, necə barışım mən bu zamanla..........
Eyliyirik haqqa qarşı davanı
Çoxu məşhərdəki haqqı-divanı
Səhv salır Embavuddakı divanla
De, necə barışım mən bu zamanla..........
Sizə qalsa lap dərimi soyarsız
Kəfənimə qələm vərəq qoyarsız
Haqq dünyasın gözdüyürəm gümanla
De, necə barışım mən bu zamanla..........
Günahsız əllərim al qan içində
Bu şeiri yazmışam zindan içində
Mən şair Rüstəməm, az məni danla
Barışan deyiləm mən bu zamanla