Hər kəs öz dərdini səndə bölüşür
Bizlərə ortaqsan sən ey Facebook!
Dostlar, sevgililər burda görüşür
Sirrli bir otaqsan sən ey Facebook!
Əsəbi olanda günahkar sənsən
Sevən ayrılanda səbəbkar sənsən
Bu söz-söhbətlərə necə dözürsən?
Qədri bilinməzsən sən ey Facebook!
Biri özünə açır 10-15 səhifə
Kimi dərddən açır kimisi kefə
Bezdirib reklamlar səndə hər dəfə
Alverə dönmüsən sən ey Facebook!
Tez tez işləmirsən düşmüsən
Düşmüsən qınağa dünya aləmə
Hər tipdə insanlar varmış sən demə
Hər sifət görmüsən sən ey Facebook!
Realda dovşan tək gəzən cavanlar
Virtual aləmdə aslan olurlar
Üz üzə gələndə yaman solurlar
Bax gör nə gündəsən sən ey Facebook!
Həyatda oğlandır Facebookda qiz
Necə həyasızdır necə abırsız
Düşməyir yaxandan olur qırsaqqız
Bunlara nöqtə qoy sən ey Facebook!
Səhifədə yazdığın şərhi like edir
Tələsib tezbazar dostluq göndərir
Əsəbi oynadır beyni çöndərir
Peşmanam dostluğa mən ey Facebook!
Bu Mark da son vaxtlar bezdirib bizi
Hər saat dəyişir profilmizi
Təmiz tükəndirib bu səbrimizi
Sinirsən, əsəbsən sən ey Facebook!
Rusifin sözləri sənə iraddi
Söyləyim fikrimi, sözlər azaddı
Düşünmə, bu lağdı ya zarafatdı
Qoy deyim biləsən sən ey Facebook!
Həmçinin bax: Layk dilə gəlib!
Müəllif:Rusif Hüseynov