Dost istərsən ALLAH yetər | Rafiq Məmmədov

Dost istərsən ALLAH yetər | Rafiq Məmmədov

Ölümdən tənhalıq betər
Yanlız qəlbdən tikan bitər,
Kədərlənmə dərdli könül
Dost istərsən ALLAH yetər!


ALLAH verən olsun bəsin
Eşidilsin Şükür səsin,
Qəlbin qırma sən heç kəsin
Düşmən istərsən nəfsin yetər!

Bu dÜnya ibrətlə dolu
Uçurumdu sağı-solu,
Ən böyük yol ALLAH yolu
Yol istərsən Quran yetər!

Ədəb bilmə bu dünyanı
Əzəlindən dunya fani,
Gələn qalmaz verər canı
İbrət istərsən ölüm yetər!!!
Top