Elə bir dərdim var kimsə bilməyir,
Tək sənsən xəbərdar ötüb-keçəndən.
Üzüm gülür, ürəyim sevinməyir,
Düşündüyüm zaman olub-bitəndən.
Bunu unutmağa sən səbəbim ol,
Allah mənim köməyim ol!
Köməyim ol!
Başımı götürüm mən qaçım hara?
Şeytanlar hökm edir bütün yollara.
Günahim üzündən çək məni dara,
Oddan qurtulmağa sən səbəbim ol!
Allah mənim köməyim ol!
Köməyim ol!
Allah bu günümə şükürlər olsun,
Rəhm etki qəlbimiz imanla dolsun.
Hər an canım sənə səcdədə dursun,
Təqvalı olmaqda sən səbəbim ol!
Allah mənim köməyim ol!
Köməyim ol!
Müəllif: Ramiz Yusupov.