Yavaş-yavaş sevdim səni | Ramiz Rövşən

Yavaş-yavaş sevdim səni | Ramiz Rövşən

Yavaş-yavaş sevdim səni, 
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçək tək sevdim səni.
İstisinə qızındığım
Ocaq tək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstünde
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göye sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…

Nə var Allahdan yuxarı?
Nə var qəbirden aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirrdən aşağı?

Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.

Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı
Top