Küləklər

Küləklər

Küləyə söylədim ki,səndən hər axşam,səhər
Mənə gətirsin xəbər.
Bir səhər oyanarkən,
Bir də gecə yuxusuz,xəyalınla baş-başa,həsrətinlə yanarkən.
Küləyə söylədim ki,tələsməsin,dayansın,
Mənə görə yubansın.
Dedim varaq götürüm,yazım tez üç-dörd sətir,
Sevgilimə sən yetir.
Mənim ürək sözümü apar,bir xəbər gətir.
Məni ümüdləndirən,
Yaşamağa güc verən,
Sevgilimdən bir xəbər,
Ya bu gecə,ya səhər.
Küləyə söylədim ki,gecəni hiss edəndə,
Sən yuxuya gedəndə,
Fırtınalar qoparsın,
Bircə göz qırpımında sənin yanına varsın.
İncə,zərif səs ilə pıçıldasın gizlicə,
Səni sevirəm,necə...
Küləyə söylədim ki,toxunsun əllərinə,
Sığallasın telini bugün mənim yerimə.
Necə əzizləyirsə ana körpə balasın,
Həmin məhəbbət ilə tellərini darasın.
Səni oyatmasın heç,dağıtmasın yuxunu,
Otağıma gətirsin sənin o gül qoxunu.
Hiss eliyim ətrini,nəfəs alım dərindən,
Dəli küləklər kimi aşıb,keçsin arzular dağların üzərindən.
Küləyə söylədim ki,qonmasın buludlara
Məni eşitsin barı,
İstəyirəm bu gecə soyuq bir qış axşamı
Yağış yağa,qar yağa,
Hər dərəyə,hər dağa.
Külək tulfan qopara,
Sevgilimin nə dərdi,nə qəmi var
Yağış yuya,apara.
Görəsən o bilirmi bugün mənim ömrümün ən kədərli çağıdır,
Görəsən o bilirmi mənim zərif ürəyim kobud dünya əlində uşaq oyuncağıdır?!

Qəfil gurultulu səs xəyalımı dağıdır,
Bu nə səsdir görəsən?bu səs nəyin səsidir?
Pəncərəyə qaçıram,boylanıram çölə tez,
Gerçək olarmış arzum,inanmıram,belə tez?
Bu şimşəyin səsidir...
Bəlkə də ürəyimdə hayqıran bir arzunun,bir istəyin səsidir.
Nə gözəldir,yağır yağışlar yavaş-yavaş,
Şaxta,sazaq var yaman,donub gözlərimdə yaş.
Çox soyuqdur otağım,tir-tir əsir bədənim,
Sanki,əcəl yetişib,ölüm anımdır mənim.
Otağın bir küncündə qısılıram bir anlıq,
Hər tərəfim qaranlıq.
Bu yağışlı,küləkli gecənin yaraşığı,
Pəncərədən otağa düşür Ayın işığı.
Döşəmədə oturub,qucaqlayıb dizimi,
Yerə düşən şəklinə zilləyirəm gözümü.
Pəncərədən otağa qəfil dolan küləklər
Atır o yan,bu yana o saralmış şəklini,
Səndən əmanət kimi mənə qalmış şəklini.
Nə gücüm var,nə qüvvəm,duram ayağa birdən,
Götürəm əllərimə sənin o şəklini mən,
Sıxam,basam bağrıma,qucaqlayam doyunca,
Baxam gözəl üzünə,baxam,gecə boyunca.
Neçə vaxt keçib artıq...
Nə səsini duyuram,nə üzünü görürəm,
Gör nə günə qalmışam,sənə ürək sözümü küləklə göndərirəm.
Yada salıb bir anda o ötən günlərə mən,
Boylananda geri mən,
Elə bir ah çəkirəm dağları silkələyər,
Lap əridər daşı da.
Ağlamaq istəmirəm,
Quruyub onsuz mənim gözlərimin yaşı da.
Nə olar artıq eşit,eşit mənim səsimi.
Bəsdi dəlilər kimi öz-özümə danışdım,
Bəsti səni küləkdən hər ötəndə soruşdum.
Bəsti xəbər gözlədim,qayıtmadı küləklər,
Ürəyimdə puç oldu yenə arzu-diləklər.
İndi küləyi deyil,səni gözləyirəm mən.
Bilirəm gələcəksən...
Qapı açıq,mən oyaq,
Əsl sevənlər sayaq.
Bu gecə yatmayacam,yata bilmərəm onsuz.
Səhəri gözləyəcəm,yenə günəş çıxacaq,
Yenə gecə bitəcək,yox olacaq hər ulduz.
Mən isə qollarımda səni görəcəm səhər,
Sevinəcəm,uşaq tək ağlayacam  bir qədər.
Gözlərinə baxacam,əllərini tutacam,
Hər qəmimi,dərdimi səninlə unudacam.
Yenə gözəl gülüşün ömrümə nur saçacaq,
Yenə bahar gələcək,yenə güllər açacaq.
Bir gün anlayacaqsan nələr çəkmişəm,nələr,
Canımı alsın Allah,bu yaşamaqdır məgər?!
Nə olar artıq qayıt,ya bu gecə,ya səhər...
Ömrünün sonunacan səni gözləyir Xəzər.

Top