Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki, cənubluyuq bu soyuq hardan?
Gərək gülümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq
Gərək əlimiz də soyuq olmasın.
Oddan yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz duyğular tonqalı kimi
Yanağın elə bil alov dilimi,
Əllərin nə yaman soyuqdur gülüm
Niyə bu soyuğu indi duymuşam
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?
Ay üzü baharlı,əli qış sonam.
Giləyim gülməli gəlməsin mənim
Qorxuram sevginə soyumağın da
Əlindən başlaya, əlindən sənin.
Əllərin nə yaman soyuqdur, gülüm...