"sevmək" dedim. "yoluna ölmək" dedi.
"ürək" dedim. "dünyaları içinə sığdıramadığım" dedi.
"yol" dedim. "alıb başını getmək" dedi.
"getmək" dedim. Bir "aha" çəkib "dostlardan ayrılmaq" dedi.
"dost" dedim. Dayandı. Mənə baxdı. "dost" deyə zümzümə etdi. "ürəyimə necə qoysam "dedi.
"dünya" dedim. "həyatin bir üzü" dedi.
"üz" dedim. "ardında nə gizli bilmədiyim" dedi.
"gizlı" dedim. "həmişə həll etməyə çalışdığım" dedi.
"çalışmaq" dedim. "bitmeyecek əhvalat" dedi.
"əhvalat" dedim. "binlercesini içimdə gizləyirəm" dedi.
"gizləmək" dedim. "işte hər şeyin bitimi" dedi.
"hər şey" dedim. "sevda" dedi.
"sevda" dedim. "arxasınca qaçdığım" dedi.
"qaçmaq" dedim. "hayat bir marafon" dedi.
"həyat" dedim. "elə qısa ki!." dedi.
"nə üçün qısa?" deyə soruşdum. "yaşanacak çox şey var zaman yox" dedi.
"yaşanması lazım olan nə var?" deyə soruşdum.
"eşq" dedi. "neçə dəfə?" deyə soruşdum.
"min dəfə" dedi "milyon dəfə" "niyə bir dəfə deyil?" deyə soruşdum.
"bütün eşqlərin cəmi ən uca və tək məhəbbətdir" dedi.
"əvvəl ona çatsan olmazmı?" deyə soruşdum. "kaş ki olsa" dedi "amma əvvəl yoğrulmaq gərək"
"acı çəkməkmi?" deyə soruşdum. "bəli eşq ağrısında yox olmaq" dedi.
"yox olunca!." dedim. "istə gerçək eşqi o zaman yaşamağa başlarsan" dedi.
"gerçək eşq!." dedim. "böyük o " dedi.
Dayandım. Dayandım. Və susdum!
"niyə susdun?" deyə soruşdu. "ürəyim titrədi sanki" dedim.
"niyə?" deyə soruşdu. "bilmirəm" dedim. "böyük o "
"bəli." dedi "böyük o "
"harada?" deyə soruşdum. "hər yerdə" dedi.
"necə?" deyə soruşdum. "ürəyini aç" dedi.
"ürəyimi açmaq!." dedim. "bir təbəssümlə bax hər şeyə" dedi.
"təbəssüm" dedim. "hər qapının açarı" dedi.
"qapı" dedim. "girmədən bilə bilməzsən" dedi.
"ya qorxu!" dedim. "bilinməyəndən qorxar insan" dedi.
"mən bilmirəm" dedim. "nəyi?" deyə soruşdu.
"məni" dedim."sən kimsən?" deyə soruşdu.
"mən kiməm?" deyə soruşdum. "sevgiyle bəslənənsən" dedi.
"kimin sevgisiylə?" deyə soruşdum. "böyük o' ." dedi.
Dayandım. Dayandım. Yenə susdum.
"Bəs sən kimsən?" deyə soruşdum. " Mən də sənəm" dedi