Kişilər bir olmur atam balası Qorxağı var, igidi var, Amma hər kişinin öləndən sonra Qəbri üstdə ağlamağa Bir qara paltarlı gözəl bir qadına ümidi var Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaşmı olacaq, yadmı olacaq? Bu dunyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq?!
Göz yaşları yuduqca baş daşını Qəbrində qurcalanıb,deyəcəksən: ilahi İllər boyu ağlatdığım bu qadın Görən necə saxlayıbdır bu qədər göz yaşını?!
Bircə kərə nə saçını oxşamışam, Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni, İllər boyu bu qadına mən axı dərd vermişəm İndi görən niyə çəkir dərdimi?
Bu qadın baş daşımı öpüb sığallamaqdansa, Yumruğuyla döysə-döysə yaxşıdı. Qəbrimin üstündə ağlamaqdansa, Məni söysə yaxşıdı.
Yeri-yeri,qara paltarlı qadın, Kiri-kiri,qara paltarlı qadın. Bu qəbir də min qəbirdən biridir. Baş daşımı bəsdir basdın bağrına, Bütün mənə ağlayanlar kiridi, Sən də kiri, qəbrim damır, ağlama...
UPD. YAvər Hüseynbəylinin ifasında Ramiz Rövşənin Qara Paltarlı qadın şeirinin videosu