Təpədən dırnağa hirs içindəyəm Dönmüşəm dustağa hirs içindəyəm Bu hasar içində, bu hirs içində Ürəyim özünə yer tapa bilməz Bir çiçək qoxusu, bir quş qoxusu Daha ürəyimə yol tapa bilməz Səpdim mən öz yarama mən öz külümü Adam öz külünə bulunur belə Dişim parça-parça kəsir dilimi Şeirim hecaya bölünür belə Mən belə adamam məndən uzaq gəz Uzaq gəz xeyirimdən, şərimdən mənim Daha bu qələmim çiçək bitirməz Qızlar çələng hörməz şeirimdən mənim Qaçdım məni sevən gözlərdən daha Hamının sevgisi gözündə qalsın Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın Sən də daşlamağa özgəsini tap Məni ömür boyu daşlayan adam gilası mürəbbə quzunu kabab Şairi heykəl tək xoşluyan adam Yox heykəl ummuram bu yer üzündə Mənim daş olmağa yoxdu həvəsim Daş olub lap ulu Füzulinin də yanında durmağa yoxdu həvəsim Mən sənin yanında dururam Sənin... küçənin tinində dilənən qarı Başindan var-dövlət yağan ölkənin Bəxtəvər günündə dilənən qarı Heç kəs sığal çəkməz düm ağ saçına O gümüş telindən öpürəm sənin Qorxma pul qoymuram sənin ovcuna Əyilib əlindən öpürəm sənin