Dəli bir ağlamaq keçir könlümdən | Nüsrət Kəsəmənli

Dəli bir ağlamaq keçir könlümdən | Nüsrət Kəsəmənli

Yüyürüb, yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoyulu
Öpüm bu torpağı, öpüm doyunca
Üzümə üz qoysun hər soyuq daşı

Qoy şehə qarişsın gözümün yaşı
Qurumuş budaqlar içir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən...

Dəlisov küləklər əsir könlümdən!
Elə kövrəlmişəm, bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən...

Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən
Fələk rəvac verdi namərd işinə,
Dəli bir ağlamaq keçir könlümdən....
Top