Qayıdıb gelmisən gözləri yaşlı,
Deyirsən, bir daha küsən deyilsən.
Hanı o vuqarın, o saymazlığın;
Yox, bu sen deyilsen, bu sen deyilsen.
Getdiyim hər yeri güdən sən idin
Küsendə aylarla iten sən idin
Çırpıb qapıları gedən sən idin
Yox bu sən deyilsən,bu sen deyilsən.
Deyirsən vaxt keçir, zaman gozləmir,
Dilin dediyini ureyin demir.
Bu yalvaran gozəl senə bənzəmir,
Yox, bu sən deyilsən, bu sən deyilsən.
Deyirsən küsənlər barışar yenə,
Nə tez boyun əydin beş günlük qəmə?
Özündən razılıq yaraşır senə,
Yox, bu sen deyilsən, bu sen deyilsən.
Dərdlisen, dərdini get danış suya,
El açma, alçalma mən verən paya,
Ele bil dilençi gəlib qapiya,
Yox, bu sən deyilsen, bu sən deyilsən.