Taleyindən qaça - qaça ögeyləşən ,Bu bizikmi ?
Ömrün çətin anlarında hey vuruşan, hey əlləşən ,
bu bizikmi ?
Sen oyanda, mən buyanda , qaça- qaça , qova- qova ,
Su ciləyib bir alova tüstülənib , sönə -sönə ,
bu Bİzikmi ?
Gedə- gedə, dönə- dönə,
bu bizikmi ?
Dost olub, düşm
bu bizikmi ?
Alovalanib birdən sönən .
Sən hardasan ,mən hardayam ?
Başımıza nələr gəldi ?
Nifrət iti xəncər kimi sevginin bağrını dəldi ,
bu bizikmi ?
Özun söylə , mən taleyə neyləmişdim ?
Düşüb ömrün sinağına sən dəyişdin , men dəyişdim
Mən taleye neyləmişdim ?
Aralandı birgə yollar ,
Pozub eşqin vefasını , özgəsini quçdu qollar ,
bu bizikmi ?
Ömrün şirin anlarını birgə sovurmuşuq yelə ,
bu bizikmi ?
De nə oldu bizə belə ?
Ayrılanlar qovuşdular, küsülülər barışdılar
Biz ise sığa bilmədik bir arzuya , bir diləyə
bu bizikmi ?
Qəlbim məni çətin duya ,
yaşayırıq necə gəldi .
Fərqi yoxdur, ölüm cıxış yolu bizə .
Gündüz gəldi , gece geldi , fərqi yoxdur ,
bu bizikmi ?
Azıb qaldıq bu taleyin dumanında , çiskinində .
İtirmişik sevgimizi , qəm oxunur gözümüzdən ,
bu bizikmi ?
Xəbərdarıq biz her şeydən , xəbərsizik özümüzdən .