Məşədibaba

Məşədibaba

Sənə çox can dedim. ey can,can olub neyləmisən? 
Demə canan özünə, canan olub, neyləmisən? 

Getmisən daima biganəni şad eyləmisən… 
Həsrətinlə ürəyim al-qan olub, neynəmisən?

Demə imkanım olanda səni yad eyləyərəm. 
O qədər fürsət olub, imkan olub, neyləmisən?

Dərmanım olsada səndə, ölərəm istəmərəm,
Səndə hər dərdimə hər dərman olub, neyləmisən?

Bivəfasan gözəlim, səndə vəfa görməmişəm.. 
Aşiqin həsrət ilə viran olub, neyləmisən?? 

1 dəfə mehmanım oldun, azı min kərə dedin… 
Mənə güya ki gəlib mehman olub neyləmisən? 

Baba biz insanıq, insan ilə insanlıq edək,
Qoy deməsinlər ki bizə insan olub neyləmisən?


Məşhur meyxana ustası,qəzəlxan Məşədibaba Aydəmirov Maştağa kəndində dünyaya göz açıb.Sadə insan olub. Mersedesdə gəzməyib,Antalyada dincəlməyib,haker olub erməni saytlarını sındırmayıb. Heç Facebookda da akkountu olmayıb. Lakin,yaxşı insan və yaxşı sənətkar olub. Müasir dövrdə çoxlarının ola bilmədiyi sadə,səmimi insan olub.
Toyda deyişmə zamanı ən yaxın dostu Maştağalı Elçin ilə deyişmə zamanı bir-iki sözün güdazına gedib. Qeyrətli olub,sözü götürməyib,bıçaqla öz dostunu öldürüb,türmədə yatıb.Səhvi də olub,düzü də.İçki içib,narkotiklə də arası pis olmayıb. Toyda ağzına gələni deyib,deyişmə zamanı açarını da itirib.Lakin o insanlığını itirməyib.
Çox təəssüf ki Məşədibaba-meyxana ustadı indi aramızda yoxdur. İntihar edib. Lakin sözün qədrini bilənlərin qəlbində o daim yaşayacaq. 
Allah Məşədibabaya rəhmət eləsin. Onun yaxınlarına,ailəsinə,meyxana ilə azdan-çoxdan maraqlananlara başsağlığı diləyirəm.
Top