Etiket- lazım olduğu zamana yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir.
Hər kəsin bilməli olduğu aktual etiket qaydalar:
* Əgər siz “Mən sizi dəvət edirəm” kəlməsini işlədirsinizsə,, dəməli, hesabı siz ödəməlisiniz. Amma əgər siz “Gəlin restorana gedək “ kimi ifadəsini işlədirsinizsə, bu halda hər kəs öz yerinə ödəyir.
* Zəng etmədən qonaq getməyin. Bir britaniyali xanim deyirdi ki, çağırılmamış qonaq gəldikdə, o çətrini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu. Əgər gələn insan ona xoş gəlirdisə, “ Ah, nə yaxşı, mən elə indicə gəlmişəm” söyləyirdi. Əks halda isə “ ah, nə pis oldu mən getməyə hazırlaşırdım”.
* İctimai yerlerdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ərafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız.
* Kişi hec vaxt qadının cantasını daşımamalıdır. Qadın paltosunuda o, yalnız qarderoba aparamaq üçün götürməlidir.
* Əgər siz kiminləsə yol gedirsiniz və sizin yanınızdakı adam sizin tanımadığınız bir kəslə salamlaşsa, siz də salam verməlisiniz.
* Ayaqqablar hər zaman təmiz olmalıdır.
* Həmsöhbətə ehtiyac duyduğunuz zaman telefonla boş-boş mənasız danışmaqdansa, bir-birinizlə görüşsəniz yaxşıdır.
* Əgər sizi təhqir edirlərsə, bu zaman səsinizi qaldırıb kobudluqla cavab verib onun səviyyəsinə enməyin. Gülümsəyin və tərbiyəsiz mübahisədən uzaqlaşın.
* Küçədə kişilər xanımların solunda getməlidir.
* Qadınlar otaqda şlyapalarını çıxartmaya bilərlər, amma papağı çıxartmaq lazımdır.
* Qadınların istəyi olmadan onun əlindən tutmaq, söhbət zamanı ona toxunmaq olmaz. Bunu yalnız nəqliyytdan istifadə zamanı və yolu kəçərkən etməyə icazə verilir.
* Ətirlərdən həddindən artıq çox istifadə etmək olmaz.
* Qadının yanında kişi yalnız onun izni ilə siqaret çəkə bilər.
* Kim olmasında asılı olmayaraq otağa ilk daxil olan salamlaşmalıdır.
* Çox bərkdən gülmək, səs-küylə danışmaq, insanları başdan ayağa süzmək olmaz.
* Bağlı qapını döymədən açmaq olmaz.