Etiket- lazım olduğu zamana yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir.
Hər kəsin bilməli olduğu aktual etiket qaydalar:
* Əgər siz “Mən sizi dəvət edirəm” kəlməsini işlədirsinizsə,, dəməli, hesabı siz ödəməlisiniz. Amma əgər siz “Gəlin restorana gedək “ kimi ifadəsini işlədirsinizsə, bu halda hər kəs öz yerinə ödəyir.
* Zəng etmədən qonaq getməyin. Bir britaniyali xanim deyirdi ki, çağırılmamış qonaq gəldikdə, o çətrini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu. Əgər gələn insan ona xoş gəlirdisə, “ Ah, nə yaxşı, mən elə indicə gəlmişəm” söyləyirdi. Əks halda isə “ ah, nə pis oldu mən getməyə hazırlaşırdım”.
* İctimai yerlerdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ərafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız.
Etiket fransız sözü olub- davranış qaydaları deməkdir.
Ona cəmiyyətdə qəbul edilmiş ədəb və nəzakət qaydaları daxildir. Bir- birinə hörmət etmədən, özünə müəyyən qadağalar qoymadan yaşamaq mümkün olmadığı qədər, bu normalara riayət etmədən heç bir siyasi, iqtisadi, mədəni münasibətlər də yaratmaq mümkünsüzdür. Etiket sözü — etika sözü ilə eyni kökdən olub, jestin gözəlliyi və başqa insanlara qarşı hörmət münasibətinə əsaslanaraq, ümumi qəbul olunmuş davranış qaydalarını özündə əks etdirir. Etiket — insanın cəmiyyət arasında davranış norma və qaydalarıdır. Etiket banisi İngiltərə və Fransadır. Sonra isə əxlaq qaydaları İtaliyada yarandı.
Etiketin bir neçə növləri vardır:
— Dövlət etiketi
— Diplomatik etiket
— Hərbi etiket
— Dini etiket
— Ümumvətəndaş etiketi
Biz ailə üzvülərimizdən və yaxın adamlarımızdan savayı, bütün yaşlılara “siz” deyə müraciət edirik. Bəs bu şəxs əvəzliyi nə zaman yaranıb?
“Siz” müraciəti qədim Roma dövründən bizə yadigardır. O zaman Roma dövlətində iki imperator mövcud idi. Onlardan birisi Roma şəhərində, digəri isə Konstantinopolda əyləşirdi. Onların hər hansına müraciət etmək lazım gələndə “siz” deyirdilər.
Hökmdara yazılan ərizə də “siz” ilə başlanırdı. Sonra bu imperiya ikiyə parçalandı (Qərb və Şərq imperiyaları). Qərbi Roma bərbər qəbilələrinin hücumuna davam gətirməyib süquta uğradı. Sonralar həmin qəbilələrin ayrı-ayrı başçıları da yerli əhalidən onlara “siz” deyə müraciət etmələrini tələb etdilər.
1. Küçə boyu kişi, xanımdan solda getməlidir. Sağda yalnız hərbi qulluqçular gedə bilərlər, hansı ki, onlar da hərbi salamlaşmanı verməyə hazır olmalıdır.
2. Əgər qadın büdrədisə və ya sürüşdüsə onu dirsəyindən tutmaq lazımdır. Amma adi vaxtda kişinin qadının əlindən tutmağı qadın özü qərar verməlidir
3. Qadın qarşısında kişinin siqaret çəkməsi düzgün deyil, o yalnız bunu qadınıdan icazə qaldıqdan sonra edə bilər.
4. Girişdə və çıxışda kavaler xanımdan əvvəl qapını açır amma özü arxada gedir.…
5. Nərdivandan qalxarkən kişi öz yoldaşından 1-2 pilləkan arxada və ya nərdivandan enərkən isə 1-2 pilləkan qabaqda getməklə öz yoldaşını «sığortalamalıdır»