1. Küçə boyu kişi, xanımdan solda getməlidir. Sağda yalnız hərbi qulluqçular gedə bilərlər, hansı ki, onlar da hərbi salamlaşmanı verməyə hazır olmalıdır.
2. Əgər qadın büdrədisə və ya sürüşdüsə onu dirsəyindən tutmaq lazımdır. Amma adi vaxtda kişinin qadının əlindən tutmağı qadın özü qərar verməlidir
3. Qadın qarşısında kişinin siqaret çəkməsi düzgün deyil, o yalnız bunu qadınıdan icazə qaldıqdan sonra edə bilər.
4. Girişdə və çıxışda kavaler xanımdan əvvəl qapını açır amma özü arxada gedir.…
5. Nərdivandan qalxarkən kişi öz yoldaşından 1-2 pilləkan arxada və ya nərdivandan enərkən isə 1-2 pilləkan qabaqda getməklə öz yoldaşını «sığortalamalıdır»
6. Liftə girdikdə birinici kişi girməli və çıxışda isə xanım birinici çıxmalıdır .
7. Maşından düşərkən birinici kişi çıxır, o nəqliyyat hərəkətini nəzərdən keçirir və maşının qapısını sərnişinlər tərəfə açmaqla qadınlara çıxmağa kömək edir. Eyni zamanda kişi özü maşını idarə edirsə və ya qabaq oturacaqda oturursa, o qapını açıb qadını dirsəyindən tumaqla ona düşməsinə kömək edir. Əgər kişi və qadın hər ikisi də taksi sərnişinidilərsə, onlar arxa oturacaqda getməlidirlər. Salondan düşərkən xanım birinci düşür, kişi isə ondan sonra.
8. Müəyyən bir yerdə yerləşəndə, kişi qadına üst geyimini çıxartmağa kömək etməli, otaqdan çıxdıqda isə ona geyimini vermək lazımdır
9. İctimai nəqliyyat sistemində əgər xanımlar ayaq üstündə dururlarsa onda kişilərə oturmamaq lazımdır.
10. Etik qaydalara görə kişinin xanımla görüşündə onun gecikməməsi lazımdır. Əksinə, kavalerdən bir neçə dəqiqə əvvəl gəlməli, çünki onun ləngiməsi xanımı utandıra və onu pis vəziyyətdə qoya bilər. Gözlənilməz hadisələrdə xəbərdarlıq etmək və gecikməyə görə üzr istəmək lazımdır.
11. İstənilən yaşda istənilən qadına böyük predmetləri və böyük çantaları aparmağa kömək etmək lazımdır. Bunlara qadının əl çantası, yüngül kürk və ya manto daxil deyil, amma əgər sağlamlıq vəziyyətləri buna mane olursa kömək etmək olar .
12. Cəmiyyətdə üçüncü bir şəxslə xanım haqqında açıq danışıq qəbuledilməzdir, xüsusilə kişi şirkətində.
13. Danışıq vaxtı kişinin əllərini sinəsində qatlaması və yaxud da əlini cibinə qoyması lazım deyil. Həmçinin əllərində müxtəlif predmetlər fırlatmaq da lazım deyil — bu həmsöhbətə hörmətsizlikdir.
14. Bilmək faydalıdır: Kişi həmişə restorana birinci daxil olmalı, əsas səbəb isə – bu bir əlamət kimi qəbul edilməlidir ki, bilinsin ki ödəniş kimin üzərinə düşəcək. Böyük şirkətlərdə – kimdən restorana dəvət alındısa və restorana daxil oldusa ilk ödənişi də o etməlidir. Amma əgər ziyarətçilərin girişində kişi qapıçı ilə qarşılaşırsa onda birinci qadını içəri buraxmalıdır.