Üzr istəmək

Üzr istəmək

Bu bir gerçək ki, başqalarının sizdən üzr istəməsini gözləyirsinizsə, ya da uşağınızın üzr istəməyi öyrənməsini istəyirsinizsə siz də üzr istəməyi bilməlisiniz. Amma hansı məqsədlə və nə şəkildə üzr istədiyinizin də əhəmiyyətli olduğunu unutmamalısınız. Peşmanlığınızı, ya da kədərinizi dilə gətirmək üçünmü üzr istəyirsiniz, yoxsa üzr sizin üçün arxasından gələcək “amma”lı cümləylə özünüzü müdafiə etmək və təmizə çıxarma məqsədinizi meydana gətirir yalnız? 
Ağzınızdan çıxan “üzr” sözü süni işlədilmiş ifadə olmamalı, qarşı tərəfə təsir etməlidir. Üzrün mənfi bir ifadəyə çevrilməməsi, məqsədinə çatması üçün üzr istəməyin asan yolu, bu dörd addımı tətbiq etməkdən keçir:

1- ci addım: Qəbul etmə

“Qəbul edirəm, sənə vurduğum üçün günahkaram”
Bu ifadə hər iki tərəfi də sakitləşdirər.
Yəni siz özünüzü müdafiə etməyə ehtiyac duymazsınız, qarşı tərəf də hələ hirslənmək üçün bir şeylər tapmaqda çətinlik çəkər.

2-ci addım: Üzr

“Səni incitdiyim üçün üzr istəyirəm”
Bu qarşı tərəfin ağrısını anladığınızı göstərən müsbət bir ifadədir.

3-cü addım: Kompensasiya etmə
“Bunu kompensasiya etmək üçün nə edə bilərəm?”
Bu da qarşı tərəfin ağrısını azaltma istəyində olduğunuzu göstərmək üçün doğru bir ifadədir.

4-cü addım: Söz vermə

“Yoldaşlığımız mənim üçün çox əhəmiyyətlidir və mən dost olaraq qalmamız üçün əlimdən gələn hər şeyi etməyə hazıram”
Bu üzrün qəbul edilməsini gözləmə və əlaqənin davamlılığını istədiyiniz mövzusunda səmimiyyətinizi göstərən bir ifadədir.

Bu dörd addım yalnız sizin öz davranışlarınızı düzgün formada nümayiş etdirməyi qarşısına məqsəd qoyur, bağışlanılmanızı təmin etməyi deyil. Qarşı tərəfi heç bir zaman idarə edə bilməzsiniz, bunu unutmayın.

Üzr istəməyin qazancları

Hörmət: Üzr istəməyi bacarmaq özünüzə hörmət etmənizi göstərir. Qarşı tərəfin şərtsiz bir şəkildə üzrünüzü qəbul etməsi ona da hörmət etməyinizi təmin edər.

Öyrənmə: Bir səhvdən dərs çıxarmaq, əvvəlcə səhvi qəbul etməyi tələb edir. Müdafiə etməyə keçər, ya da davranışınızı ağlamağa çevirsəniz səhvdən dərs çıxarmamış olarsınız. Bu da eyni səhvi təkrarlama riskini artırar.

Etibar: Üzr istəyərək, səhvən reallaşdırdığınız bir hərəkətin xarakterinizdən qaynaqlanmadığını, yalnız bir səhv olduğunu ortaya qoyarsınız və qarşı tərəfin sizə olan etibarını itirməzsiniz.

Bağlanma: Qarşıdakı adamın hisslərini anladığınızı, ona qarşı simpatiyanızı göstərər, aranızda bir bağ meydana gəlməsini, ya da var olan bağın qopmamasını təmin edərsiniz.

Top