1. İctiami nəqliyyat vasitəsi gldikdə ona minməyə tələsməyin, gözləyin nəqliyyat vasitəsi tam dayansın.
2. Minməyə tələsməyin, öncə düşənlərə yol vermək lazımdır.
3. İctimai nəqliyyatda qadınlara, yaşlılara,əlillərə, körpələrə, hamilə qadınlara yeriniz verin.
4. Əgər kimsə sizə yerini verirsə gülümsıyib minnətdarlıq etməyi untmayın, hətta siz o yerdə oturmasanız belə- məsən növbəti dayanacaqda düşürsünüzsə.
5. Adətən yol pulunu kişi öz, qadın isə öz əvəzinə ödəməlidir. Kişi yalnız o zaman qadın üçün ödəyə bilər ki, qadın onun yaxın tanıdığı olsun.
6. Nəqliyyatda kitab və ya qəzet oxuyursunuzsa gərək heç kimə mane olmayasınız. Başqasının oxuduğuna da göz qoymaq düzgün deyil.
7. Oturacaqları əşyalarınızla məşğul etməyin.
8. Nəqliyyata uşaqla minmisinizsə onu başqasını narahat etməyə icazə verməyin.
9. Nəqliyyatda bəzənmək, dodaq boyamaq, saç daramak etik deyil.
10. Nəqliyyat vasitələri ilə gedərkən digər sərnişinlərin üst- başını çirkəndirəcək, zədələyəck əşyalar aparmaq olmaz.
Həmçinin bax:
Tanışlıq zamanı nəzakət qaydaları