Süfrə arxasında etiket

Süfrə arxasında etiket

1. Bıçaq istifadə edərkən çəngəl sol, bıçaq sağ əllə tutularaq kəsmə işi edilir.
2. Masada çəngəl sola, qaşıq və bıçaq sağa yerləşdirilir. Bıçaq, qaşıq ilə qab arasına qoyular. Bıçaq sağ əllə tutulur və işarə barmağı bıçaqın iti olmayan tərəfinə söykədilib kəsmə işi edilir. Bıçaqı istifadə etdikdən sonra masaya buraxmamalı, qabın üst yarısına, sizə doğru yanlamasına və iti tərəfi içəri tərəfə qoymalıdır.
3. Çəngəl isə istifadə edildikdən sonra qabın üzərinə, bıçaqa paralel və sol tərəfə, çəngəlin sapı sağda və ağızı yuxarıya doğru ya da bıçağa dik olaraq qoyulur.etiket qaydaları,süfrə mədəniyyəti,etiquette
4. Qaşıq da eynən bıçaq kimi istifadə edilir. Əsasən nahar xaric, qaşıq süfrədə yalnız yeməyin başlanğıcında şorba(sulu yeməklər) üçün lazımlıdır. Mədəni bir ev sahibi xüsusi yeməklərdə və ya ailə arasındakı yeməklərdə qaşığı bıçağın sağına yerləşdirir.
5. Yuxarıdakılardan başqa masa nizamında salat və ya şirnyyat üçün çəngəl, balıq çəngəli, şirniyyat qaşığı, buzlu içəcəklər qaşığı, şorba və çay qaşığı istifadə edilə bilərsiniz.
6. Salat çəngəli normal yemək çəngəlindən daha qısa olur və hər iki işdə də istifadə edilə bilər. Salat yemək üçün istifadə edilən çəngəl, yemək qabının sol, yemək çəngəlinin isə iç tərəfinə qoyulur. Xüsusi yeməklərdə salat çəngəli yemək çəngəlinin çöl tərəfinə qoyula bilər.
7. Balıq çəngəli digərlərinə nisbətlə daha qısa və düz olur və qaşığın sağ tərəfinə yerləşdirillr.
8. Şirniyyat qaşığı, şirniyyat qabının içərisinə qoyulur. Lakin daha əvvəldən də masadakı yerinə qoyula bilər. (Əgər təmizdirsə!)
9. Şorba qaşıqları şorba qablarının sağ tərəfində olur və digərlərinə nisbətən ən uzun saplı olmalıdır.
10. Böyük ümumi xidmət çəngəl və qaşıqları, xidmət masalarında xidmət ediləcək yemək qablarında olmalıdır. Özünüzə xidməti bunlarla etməlisiniz.
11. Ən rəsmi masalarda belə üçdən çox çəngəl qoyulmaz.
12. Xüsusilə günorta və ya axşam yeməklərində, bütün qonaqlar üçün masaya əvvəldən yerləşdirilmiş ayrıca bir xidmət qabı olmalıdır. Bu qab o biri qablara görə daha böyük olmalıdır, sonradan xidmət edilən qablar bunun üzərinə qoyulur.
13. Salat qabları daha çox düz və yumru olur. Xüsusi yeməklərdə, salat ilə yemək eyni qabda xidmət edilə bilər.
14. Şorba, şirniyyat və meyvə qabları, hər biri ayrı-ayrı başqablarda xidmət edilməlidir.
15. Dolça, bıçaqların üst tərəfinə qoyulur. Su və şirə stəkanlarını qonaqlar yerlərində oturduqdan sonra doldurulur. stol etiketi,süfrə mədəniyyəti,servirovka
16. Şərab stəkanları dolçanın sağına və masanın kənarına yaxın yerləşdirilir.
17. Salfetlər rəsmi olmayan yeməklərdə çəngəllərin sol tərəfinə və ya çəngəlin altına, rəsmi yeməklərdə isə xidmət qabının içinə qoyulur. Masaya oturduqdan sonra ev sahibi, salfeti götürərkən, siz də onula eyni zamanda salfeti sağ üst küncündən tutaraq açıb dizlərinizin üstünə sərə bilərsiniz. Salfetlər istifadə edildikdən sonra rəsmi yeməklərdə qabın sağına buraxıla bilər. Xüsusi yeməklərdə kağız salfet qoyulursa, bunlar qabın sağına qoyulur. Kağız salfetləri əlinizdə büzdürüb top şəklinə gətirmək çox xoşagəlməz haldır. Rəsmi yeməklərdə süfrəyə oturduqdan sonra qaba əl sürtmək və eləcədə qarsonun işini asanlaşdırmaq üçün ona qabı uzatmaq mədəniyyətsizlikdir. Qonaq xidmət etməz. Qonaqlara xidmət edilər və əsasən bu məqsədlə dəvət edilərlər.
18. Yemək əsnasında masadan qalxmaq lazım olsa, salfet kürsü üzərinə və ya masanın sizə aid boş yerinə buraxıla bilər. Salfetə ağzınızı ətrafa göstərmədən silməli və salfetin yağlanan və ya çirklənən yerlərini digər qonaqlardan gizlətməlisiniz!
Top