Evdə etiket

Evdə etiket

"Mənim evim – mənim qalamdır". Lakin təəssüflər olsun ki, özümüzü bu qalada apara bilmirik. Ailə - kiçik kollektivdir və yalnız təyin olunmuş normalara riayət etməklə düzgün fəaliyyət göstərə bilər.
Hər bir xalqın, hər bir sosial qrupun əsrlər boyu yaranmış və ənənəyə sadiq öz evini idarəetmə qaydaları vardır.
Ailə üzvünü kənar şəxs saymaq çətindir, ona yad kimi münasibət göstərmək isə qeyri mümkündür. Çox zaman daxili ünsiyyət iqlimi, ər və arvadın hansı ailədən çıxmasından asılıdır. Əgər onlar bir mədəniyyətin ənənələri ilə tərbiyə olunublarsa, onların özləri, valideynləri və uşaqları arasında münasibətlərində problem az olacaq. Narazılıq o evlərdə baş verir ki, bir yerdə yaşamağa başlayarkən ailə etiket qaydalarına riayət etməkdən əl çəkirlər. Bir-birinə qulluq zamanı isə hər iki tərəf bunları büruzə vermirdi: pis vərdişlər gizlədilirdi, xarici görünüş həmişə eybsiz olurdu, yaranan anlaşılmamazlıqlar tez bir zamanda öpüşlərlə yatırılırdı. Bəs bütün bunlar birgə yaşadıqda hara itir? Çətinliklərlə üzləşirsiniz, qulluqlardan yorulursunuz, lakin birgə yaşayış qaydalarına riayət etmək üçün cəhd etmirsiniz.

Xarici görünüşdən başlayaq. Kənar şəxslərin qarşısında çirkli xalatla, "ailə" alt paltarı ilə görünmək qəbul edilməzdir. Yaxşı belə bir sual ortaya çıxır: lap yaxınların qarşısında olar? Ancaq fövqəl halda, məsələn, xəstəlik.
Səhəri salamlama ilə başlayın. "Sabahın xeyir, əzizim" və əlbəttə ki, gözəl səhər süfrəsi ilə. Bir-birinizin xoşuna gəlməyə çalışın ki, uzun müddət bir yerdə yasaya biləsiniz. Lakin bir-birinizi bezikdirmədən və hirslənmədən. Səhər süfrəsini elə gözəl və ürəkdən bəzəyin ki, həyat yoldaşınız bundan həzz alsın və gözəl  səhər yeməyi yesin. Aydındır ki, evdə hər kəs özünü rahat hiss edir. Lakin ondan ötrü yox ki, hirs tökmək üçün yaxud heç bir səbəbsiz möhkəm qışqırılsın. Bu zaman fikirləşməyin ki, öz eviniz və ailənizdi, utanmalı bir şey yoxdu. Xatırlayın ki, siz axşam da üz-üzə gələcəksiniz. Işdən sonra dönəcəyi yer də evdir. Salamlasın, gününün necə keç-iyini soruşun, gözəl nahar stolunu da unutmayın. Yox, əgər bütün hirsinizi tökmüşdünüzsə, mütləq üzr istəyin. Bununla əskilməzsiniz, əsəbləriniz isə yerində olar. Kişilər isə gecikdikləri zaman çalışmalıdır ki, onun səbəbini açıqlasın. Mümkün qədər öncədən planları barədə sizi xəbərdar etsələr yaxşı olardı. Yox, əgər mümkün deyilsə, o zaman üzr istəməli və səbəbini izah etməlidirlər. Çünki onlar evdə onu gözləyən xanımının narahat olmaması və ovqatını yaxşılaşdırmaq üçün çalışmalıdırlar. Öz günahlarını yumaq üçün isə ona ya gül dəstəsi, ya da hədiyyə almalıdırlar.

Düzdür, elə ideal nigah yoxdur ki, orda münaqişə olmasın. Lakin münaqişələr də müxtəlifdir. Müxtəlif ailələrdə o müxtəlif cür baş verir. Bəs nə üstündə bu baş verir ki, hətta ailə dağılmasına gətirib çıxarır? Amerika sosial psixoloqları bu suala belə cavab verirlər:
- həyat yoldaşlarından birinin davranış xasiyyəti üzündən,
- intim əlaqələrdə harmoniyanın pozulması,
- müxtəlif fikir ayrılıqlarının olması,
- şəxsi gigiyenaya riayət olunmama,
- pulun düzgün bölüşdürülməməsi üzündən,
- arvadın valideynləri ilə kişinin, kişinin valideynləri ilə arvadın münasibətlərində yaranan münaqişə
- ev təsərrüfat işlərinin idarə etmək bacarığının olmaması,
- ya kişinin dostları, ya da qadının rəfiqələri üzündən
Göründüyü kimi, ailə münasibətlərində böyük yeri həyat yoldaşlarından birinin davranış qaydalarını pozması və pis xasiyyəti tutur. Odur ki, özünüzü ələ alın! Çünki mübahisə zamanı bir çoxları özünü idarə edə bilinir. Bu halda insan elə səhvlər edir ki, onu normal əhval-ruhiyyədə heç etməzdi. Əksər hallarda bu cür mübahisələr "heç nədən" baş verir. Yerinə qoyulmamış paltar yaxud qab, düzgün pul xərclənməməsi və s. Bütün bunlar yığılaraq böhran vəziyyətinə gətirib çıxarır. Mübahisənin səbəbi çoxdan unudula bilinər, lakin insanlar arasında olan qarşılıqlı anlayış bərpa olunmur, acıq soyumur. Bu qayada çata bənzəyir: əgər ora su düşməzsə, qorxulu heç bir şey yoxdur. Yox əgər su orda donarsa, buz qayanı dağıda bilər. Odur ki, evdə isti abu-hava yaratmağı düşünün.

Münaqişədə qalib yox, yalnız udulmuş olur. Çox münaqişələrdən yan keçmək olardı, əgər hər kəs vaxtında kobud sözü saxlayıb deməsə. Vəziyyəti düzgün qiymətləndirmək bacarığı lazımdı, özünə kənar şəxs kimi kənardan baxaraq. Psixoloqların fikirincə, əgər siz söyüş söyməyəcəksinizsə istənilən mübahisəni yatırmaq olar. Yox,  əgər  münasibətləri ayırd etmək lazım gələrsə, heç vaxt ailə üzvünüze səsinizi yüksəltməyin, onlara qarşı təhqiramiz sözlər işlətməyin. Yenicə getmiş qonaqdan sonra yaxud uşaqların yanında bu mübahisənin heç yeri yoxdur. İstənilən halda  körpənin yanında maksimum sakitlik saxlayın:" körpədə yaxın adamının kobud səsi depressiv şok yaradır, boşanma haqda ifadələr isə onlarda əsəbiliyin inkişafına   gətirib   çıxarır. Özünüzə hörmət edin uşaqlara rəhminiz gəlsin. Çalışın tez-tez "çox sağ ol",! "buyurun", "zəhmət olmasa" kimi sözlər söyləyin. Nəvazişli sözlər işlətməklə siz ailədə münasibətləri yoluna qoya bilərsiniz. Əsas məsələ sözdə deyil, sözün deyiliş qaydasındadır. Əksər gənc ailələr hesab edirlər ki, intim əlaqə mübahisədən sonra ən yaxşı barışıq vasitəsidir. Düzdür, ailə həyatının intim tərəfi böyük əhəmiyyət kəsb edir. Lakin bu yalnız yataq nəşəsinə aparıb çıxarmamalıdır - onda ən çox həyat yoldaşlarının yox, sevgililərin əlaqəsi modelinə bənzəyəcək. Bir-birinizi qoruyun ki, uzun zaman bir yerdə olmaqdan həzz alasınız. Yaddan çıxarmayın ki, ev etiketinə riayəti etməmək aradəyməyə, mübahisələrə, sonda hətta  ayrılığa gətirib çıxarır.

Mənbə Gözəllik dünyası jurnalı

Top