Gözəl görünmək istəyənlər

Gözəl görünmək istəyənlər

Cazibədar olmalarıyla məşhur olan qadınların gözəl görünüşlərinin arxasındakı sirrlə heç maraqlanmısınızmı?
Hollivudun cazibədar ulduzları hər zaman gözəllikləriylə kişilərin diqqətini cəlb edir. Qadınların əksəriyyəti də "Ah, kaş ki, mən də onlar qədər gözəl görünə bilsəm" deməyə məcbur olurlar. 
Onlar kimi görünmək əslində çox da çətin deyil.

İşin sirri dəriyə qulluqda və sonra da makiyaj stilindədir. 

Bu da Hollivud gözəllərinin kiçik, amma effektli sirləri: gözəl qadın,qəşəng xanım göz üçün istirahətdir
Keyt Uinslet: "Yaxşı göz kreminin yerini heç nə tuta bilməz. Əsəbi olanda, səyahətdə olanda gözləriniz torbalananda ən çox ehtiyac duyulan şey kremdir. 

Meri C. Blic: Olduğunuz şəraitdən asılı olmayaraq, gecə üzünüzü su ilə təmizləyin. Makiyajın olub-olmamasından asılı olmayaraq, üzünüzə su dəydirmədən yatmağa getməyin. 

Qvinet Peltrou: Dərisisinə qulluq üçün omeqa 3 yağından istifadə edir. Dərisinə yağ sürtməyi sevir. 

Lusi Liu: Dərisini canlandırmaq üçün buzdan istifaə edir. Dərini bir anda canlandıran bu metod eyni zamanda təbii görünüşün də sirridir. 

Amerika Ferrera: Çoxlu su içməyə başladığı gündən bəri dərisinin, dırnaqlarının və saçlarının daha hamar və sağlam göründüyünü deyir. Gözəlliyinin sirri olaraq bol su içməyi göstərir. 

Skarlett Yohansson: Üzünə parlaqlıq qazandırmaq üçün hər zaman dərisinə mat sürtür. 

Liv Tayler: Üzünüzə tonal krem və rumyana vurduqdan sonra şəffaf toz pudrayla üstündən keçin. Sonra bir az gülsuyu vurun. Bir neçə dəqiqə gözləyin. Nəticə; şəffaf və makiyajsız kimi görünən gözəl görünüş.. 

Reyçel Bilson: Günəşdə qalmış kimi təbii görünmək üçün, yanaqlarına və göz qapaqlarına bürünc rəngli toz pudranı yüngülcə toxundururmuş. 

Eva Mendez: Makiyaj etmək istəmədiyiniz günlərdə gündəlik nəmləndiricilərlə parlaq tonal kremi qarışdırın. Bunu üzünüzə sürtün, makiyaja gərək olmadan, baxımlı və parlaq görünəcəksiz... 

Ellen Pompeo: Cazibədar göz makiyajı üçün göz qapaqlarınıza nəmləndirici sürtün. Bundan sonra göz qələmi vurduğunuzda çox gözəl görünəcəksiz.

Top