Biznesmen qadının imici

Biznesmen qadının imici

İşgüzar qadın olmaq heç də asan deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Dünyada tanınmış imicmeyker Meri Spileyn xarici görünüşün karyeraya təsiri barədə test işləmişdir. Həmin test vasitəsilə öz imicinizi dəyərləndirә bilərsiniz.

geyim stili biznesmen qadın üçün rol oynayır

  1. İşə getməyə hazırlaşanda xarici görkəmini qaydaya salmaq üçün ən aşağısı 15 dəqiqə vaxt sərf etməli olursanmı?
  2. Hər gün sırğa gəzdirməyi xoşlayırsanmı?
  3. Hər ay yarımdan bir bərbərxanaya gedirsənmi?
  4. Dırnağını boyamaq üçün müxtəlif rəngli boyalardan istifadə edərkən onu pomadaya uyğun seçirsənmi?
  5. Saçın hər gün onlara qulluq etmək üçün 15 dəqiqə vaxt aparırmı?
  6. Нər həftə manikür edirsənmi?
  7. Əgər oturanda yubka qalxırsa neyləməli?
  8. İşə getməyə hazırlaşarkən mütləq makiyaj edirsənmi?
  9. Gün ərzində makiyajını səhmana salırsanmı?
  10. Gözəyarı kolqotkanın 20 və ya 40 den olmasını müəyyənləşdirə bilərsənmi?
  11. Sənin qarderobunda tünd-göy və boz rəngli şeylər çoxdurmu?
  12. Hər dəfə kəmər gəzdirirsənmi?
  13. İş yubkasmın uzunluğunu təyin etmisənmi?
  14. Bilirsənmi hansı geyim stili sənin sifət quruluşuna uyğundur?
  15. Yayda qısa qollu köynəkdə gəzməyi xoşlayırsanmı?
  16. Ucaboy görünmək üçün hündür dabanlı ayaqqabılardan istifadə edirsənmi?
  17. İşdən sonra ayaqqabılarını çıxararkən onlara xüsusi qəliblər qoyursanmı?
  18. Vacib görüşlər olan gün həmişəkindən fərqli olaraq nə isə qeyri-adi geyinirsənmi?
  19. Sənin qarderobunda işgüzar gecələrə getmək üçün xüsusi kostyumun varmı?
  20. Sənin sosial və maliyyə imkanların ayaqqabı, çanta və saatının keyfiyyətinə cavab verirmi?

 

 

  1. YOX. Tələsik olunmuş makiyajın karyera üçün o qədər də əhəmiyyəti yox­dur. Cazibədar görünmək üçün makiyaj və saç düzümünə 15-20 dəqiqə, geyim və aksesuarlara da bir о qədər vaxt tələb olunur. Yekunda bu da ya­rım saata qədər alınır.
  2. HƏ. Qadın üçün sırğa kişi üçün qalstuk kimi bir şeydir ki, bu da işgüzar geyim formasında az rol oynamır.
  3. HƏ. Əgər səkkiz aya qədər saçını kəsdirmirsənsə onlar öz formasını itirir.
  4. HƏ. Dırnaqlar üçün müxtəlif rənglər məqsədəuyğundur, amma çalış ki, çox da gərəksizlərdən istifadə etməyəsən.
  5. YOX.Нər gün 10 dəqiqədən çox vaxt sərf olunan saç düzümü adətən işləməyən qadınlara aiddir.business-lady style
  6. HƏ. Əllərə qayğı sənin özünə münasibətini bildirir.
  7. YOX, Əgər oturanda yubka qalxırsa onu işə geyinmək olmaz.
  8. HƏ. Gündəlik makiyajdan istifadə edən qadın qulluqda tez yüksəlir. Makiyajsız qadın solğun və yorğun görünür.
  9. HƏ. Səhər-səhər çəkilmiş makiyajı günorta "təzələmək" lazımdır.
  10. HƏ. Əgər kolqotka və ya corabı düzgün seçməmisinizsə bu sizin ümumi görkəminizi poza bilər. Həmişə corabı qış və yay qarderobuna uyğun seçmək lazımdır.
  11. YOX. Neytral rənglər işgüzar qarderobun əsasını təşkil edir, amma sənin xarici görünüşün cansıxıcı olmamalıdır.
  12. Gözəl və yaraşıqlı kəmər sənin gözəlliyini artırır.
  13. Öz qarderobunun çatışmamazlıqları haqqında fıkirləş. Yubka uzun və qısalığından asılı olmayaraq bu çatışmamazlıqları aradan qaldırır.
  14. HƏ. Ağına-bozuna baxma, nə uyğun gəlirsə onu da seçə bilərsən.
  15. YOX. Ofisdə adətən dirsəyə kimi bağlı geyinirlər, vacib görüşlər üçün isə is­ti olmasına baxmayaraq, jaket seçmək lazımdır.
  16. YOX. Hündür dabanlı ayaqqabılarda qadınlar özlərinə arxayın olmurlar. Əgər ucaboylu deyilsənsə təqribən orta hündürlüyü -5 sm olan dabanlı ayaqqabı seçə bilərsən.
  17. HƏ. Əgər ayaqqabılar mənzildə hara gəldi atılırsa hesab et ki, onlara verilən pullar havaya uçur. Çalış onlara ehtiyatla yanaşasan.
  18. HƏ. Əlbəttə ki, "xüsusi" görüşlərdə bacardıqca gözəl görünmək vacibdir. Həmişə buna hazır olmalısan, hətta yüksək rütbəli şəxslərlə gözlənilməz görüşdə belə buna fikir vermək lazımdır.
  19. HƏ. Bu diqqətəlayiqdir, amma istər axşam, istərsə gündüz cazibədar olmaq üçün zövqlə geyinməyə çalış.
  20. HƏ. Nə qədər bahalı kostyum alsanız belə tufli üçün də pul saxla. Çünki sə­nin zövqünü məhz ayaqqabı və aksesuarlarına görə təyin edirlər. Ona görə də həmişə onların bahalısını almaq lazımdır.

- Əgər 15-dərı 20-yə kimi xal toplaya bilmisənsə sənin imicin tam qaydasındadır. Yadda saxla: sən həmişə və hər yer­də yaxşı təəssürat yaratmalısan. Bunlara fikir vermək lazımdır.
- Əgər 10-dan 14-ə kimi xalın varsa sənin imicin potensial im­kanlara cavab vermir və bu da xidmətdə tez yüksəlməyə imkan yaratmır. Kosmetika və qarderobu yenidən nəzərdən keçirmək vaxtı gəlib çatmışdır.
- 9 xaldan aşağı yığılıbsa imicin karyerana zərər gətirir. Sən başa düşmürsən ki, bu rəhbərlikdə xoşagəlməz təəssürat ya­radır. Bacarıqsız, səriştəsiz olan digər əməkdaşlar isə karyerada səni ötüb keçirlər. Situasiyanı nəzarətə götürmək vaxtıdır. Tezliklə şahidi olacaqsan ki, düzgün işgüzar imic asanlıqla əldə olunmur və eyni zamanda ətrafdakılar onu yüksək qiymətləndirir.

Mənbə Gözəllik dünyası jurnalı May-2008

Top