Bu BiziK !

Bu BiziK !

Toy kasetinə baxanda öz oynamağımızdan utanan da --BİZİK
Metro kartında 20 AZN gediş ola-ola, 1 AZN gediş yükləmək istəyərkən camaatı növbədə saxladan da — BİZİK.
Axşam bütün vaxtımızı internetə sərf edib dərs oxumayan da, səhər dərsə gedərkən metroda dərsi əzbərləyə-əzbərləyə gedəcəyimiz stansiyanı ötürən də — BİZİK.
“Adını Feriha Koydum” serialı nümayiş etdiriləndən bəri filmin aktyorlarının bütün tərcümeyi halını, səhər necə durduqlarını, axşam nə etdiklərini və bütün şəkillərini Azərbaycana tanıdan da — BİZİK.
Yolda Toy kortecinin yüksək sürətlə hərəkət etdiyini görüb, kartecə toy adamı kimi qoşulub DYP-dən keçməyi bacaran da —BİZİK.
“Kurtlar Vadisi” serialı ilk dəfə nümayiş etdiriləndən sonra “Polat Alemdar” kimi kostyum geyinib şəhərdə ciddi gəzən də — BİZİK.
Atasının yanında 5 yaşlı uşağa “balaca kişi, aton yaxşıdı, ya eşşəy?” sualını verən də — BİZİK.
Sevgilimizə “sənə görə Facebook-u bağlayıram” deyib, sonradan 2 dənə əlavə profil açan da — BİZİK.
Küçədə pişik görüb onun kimi “myyyaaaoo” səsin çıxardan da — BİZİK. (pişik də bizi başa düşür axı)
Toyda təbrik üçün söz veriləndə, tamadadan da çox şeir deyən də — BİZİK.
Hər dəfə bizi yada salan insanları yalnız işimiz düşəndə yada salan da — BİZİK.
Sıxlıq vaxtı qatara minəndə əsəbi halda “Ortaya keçin dəəə...orta boşdu” deyib, qatara minərkən qapının ağzında dayanan da —BİZİK
Gizlənqaç oynayarkən gizlənməyə yer tapmadıqda, özümüzü asfalta sürtüb avtomobilin altında gizlənən də —BİZİK
Sevdiyimiz filmi seyr edərkən ordakı varlı rolunu oynayan aktyorun əvəzinə o rolda özümüzü təsəvvür edən də —BİZİK
Universitetdə dərsdə sıxılarkən müəllimə “ay məllim, onsuz da hamı yorulub evə gedəcəyik, axırıncı dərsi keçməyin dəəə” deyib, universitetin həyətində gəzməyi və müəllimi evə göndərməyi bacaran da —BİZİK
Futbol oynayarkən ulduz futbolçuların fəndlərini bacarmasaq belə, ən azından qol vurarkən onların qol sevincini 100% dəqiqliklə göstərməyi bacaran da — BİZİK
Toyda televizorda özümüzə baxa-baxa oynayan da — BİZİK
Yas mərasimində mollaya qulaq asmayaraq şəhərdəki probkadan, siyasətdən, futboldan danışan da —BİZİK
Kimsə bizdən bilmədiyimiz bir şey soruşanda “Bilmirəm” sözünün əvəzinə “Yalan deyərəm” sözünü deyən də — BİZİK
Məhlədə yer olmadıqda maşını kiminsə qapısı önündə saxladıqda, həmən yer üstündə qonşularla sözləşən də — BİZİK
Kiminsə əynində bahalı geyim görəndə, ona paxıllıq edib, 2 həftə sup yeyib, hökmən həmən o bahalı geyimi alan da —BİZİK
Tıxac vaxtı arxadan bizə siqnal verən sürücüyə "əə nolub görmürsən probkadı hara sürüm" deyib, qarşıda dayanan avtomobilə siqnal verib "ə noldu sür dəəəə" deyən də --BİZİK 
Həkim qəbulunda növbədə gözləyən camaata növbənin nə olduğunu başa salıb, növbədən kənar içəri kəçən də --BİZİK 
Hər yerdə “Sadə olmaq gözəldir” deyib, stol arxasında oturarkən stolun üstünə BMW-nin açarı, iPhone, Blackberry-ni qoyan da--BİZİK
Kayzendə topiki bəh-bəhlə oxuyub əməyə qiymət verməyən, hələ bir üstəlik qərəzli mövqeyi səbəbindən minuslayan da--BİZİK 
P.S  Söz deyirsən, yiyəsi götürür, Qeyriləri də biganə qalır :) 
Top