Vətəndaş, ilk növbədə, ailədə formalaşır. Valideynlərimiz çalışırlar ki, bizi yüksək əxlaqlı, mənəvi keyfiyyətlərə yiyələnmiş şəxsiyyət kimi yetişdirsinlər. Bunun üçün biz düzgün davranış qaydalarına əməl etməli, savadlı olmalı, vətənin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməliyik. Eyni zamanda biz vicdanlı, mübariz və vətənsevər olmalıyıq.
“Vətənin haradır?” sualma cavab axtararkən dərhal doğulduğumuz məkan ağlımıza gələcək. Ancaq bizim hamımızın bir vətəni var — Azərbaycan. Bəli, bu bizim Azərbaycandır. Azərbaycan uğrunda babalarımız mübarizə aparmış, igidlərimiz qan tökmüşlər. Babalarımızın və igidlərimizin bizə əmanət etdiyi vətənimizi göz bəbəyi kimi qorumalı, daim onun inkişafına çalışmalıyıq. Bu hər bir azərbaycanlının mənəvi borcudur.
Vətən haqqında danışanda onu “Ana vətən” adlandırırıq.
Çünki Vətən də ana qucağı kimi isti, doğma və əzizdir. Vətəni sevmək azdır, onu qorumaq, bərəkətli torpaqlarını əkib-becərmək lazımdır.
Buna müxtəlif cavablar verilə bilər. Ancaq əsl vətənpərvər o şəxsdir ki, vətənin mənafeyini öz mənafeyindən üstün tutur, yeri gələndə canından keçməyi belə əsirgəmir.
Vətən yolunda canından keçən şəhidlərimizi tanıyırsınız. İndi biz Gültəkin Əsgərovanı, Albert Aqarunovu, Məzahir Rüstəmovu, Mübariz İbrahimovu və digər milli qəhrəmanlarımızı özümüzə örnək götürməli, xatirələrini əziz tutmalı və onların layiqli davamçıları olmalıyıq.
Biz onlarla fəxr edirik.
Vәtәn sevgisi olmayan insanda heç bir yüksәk әxlaqi keyfiyyәt ola bilmәz. Milli qәhrәmanlarımız qәhrәmanlıq göstәrәrkәn şan-şöhrәti yox, vәtәn sevgisini әsas hesab etmişlәr. Onların çoxu canlarını bu yolda qurban vermişdir.
Vətənimizin ucalması, torpaqların bütövlüyü, onun sayılan dövlətlərdən biri olması uğrunda mübarizə aparan ümummilli lider Heydər Əliyev əsl vətənpərvər idi. “Ömrümün qalan hissəsini də Vətənimə bağışlayıram”, — deyən ulu öndər yeni, müstəqil Azərbaycanın qurucusu oldu. Onun vaxtilə yürütdüyü siyasəti hazırda ölkə prezidenti İlham Əliyev uğurla davam etdirir.
Ailә kiçik dövlәtdir vә buna görә dә möhkәm tәmәl üzәrindә qurulmalıdır. Ailәdә qarşılıqlı hörmәt vә mәhәbbәt, mәsuliyyәt, ailәnin hәr bir fәrdinin öz vәzifәlәrinә әmәl etmәsi vә s. cәhәtlәr çox әhәmiyyәtlidir.
Demokratik ailәdә uşaqların hüququnu qorumaq üçün valideynlәr әllәrindәn gәlәni edir, onların inkişafı üçün hәr bir şәraiti yaratmağa can atırlar. Belә ailә dә övlad da öz vәzifәsini başa düşür, valideyn qarşısında mәnәvi borcunu yerinә yetirmәyә çalışır. Bu zaman valideyn və övlad arasındakı münasibətlər ailənin problemlərinin birlikdə həll edilməsinə imkan verir.
Uşaq dünyaya müstәqil yaşama qabiliyyәtlәri ilә gәlmir. Valideynlәr ona qayğı göstәrir, öz borclarını yerinә yetirirlәr. Valideyn qocalanda vә müstәqil yaşama qabiliyyәti tükәnәndә isә övladlar onlara qayğı göstәrmәlidirlәr. Ailәdә tәrbiyә alan övladın әn böyük vәzifәsi valideynlәrinә, müәllimlәrinә, ustadlarına ehtiram göstәrmәk, onlara hörmәt etmәkdәn ibarәtdir.Ata-anaya, ailәnin digәr üzvlәrinә hörmәt vә mәhәbbәt bizim davranışlarımızın әsasını tәşkil edir. Şübhәsiz, bu mәhәbbәt inkişaf edәrәk Vәtәnә və xalqa olan mәhәbbәtә çevrilir.
İnsanın xarakterinin, əməyə, mənəvi dəyərlərə, mədəni sərvətlərə münasibətinin ailədən başlandığı və formalaşdığı hamıya məlumdur. Ailənin möhkəmliyi valideynlərlə uşaqları arasında olan münasibətlərdən asılıdır. Valideynlərin övladlarına münasibəti körpə vaxtından düzgün qurulmasa, onların düzgün tərbiyə olunması mümkün deyil. Sağlam bir nəslin yetişdirilməsində ailənin böyük rolu var. Ailədə valideynlərlə övladlar arasında qarşılıqlı anlaşma olmasa, inam və etibar da olmaz. Siz valideynlərinizə həmişə hörmətlə yanaşmalı, onlara olan övladlıq borcunuzu yerinə yetirməyə çalışmalısınız. Bunun üçün sizə müəyyən tövsiyələr təqdim edirik:
- Valideynlәrinizin qayğısına qalın, onların xüsusi günlәrini unutmayın;
- Valideynlәrinizlә rәftarınızda mәdәni olun;
- Valideynlәrinizin әhvali-ruhiyyәsinin pis olduğunu görürsünüzsә, onu yaxşılaşdırmağa çalışın;
- Valideynlәrinizin problemlәrinin hәllinә qoşulun;
- Valideynlәrinizә hörmətlə yanaşın;
- Valideynlәrinizin arasında olan söhbәti başqalarına danışmayın;
- Valideynlәrinizә yalan danışmayın;
- Valideynlәrinizlә mübahisә etmәyin;
- Valideynlәrinizin nәsihәtinә qulaq asın vә onları sәbirlә dinlәmәyi bacarın;
- Valideynlәriniz sizdәn incikdirsә, sәbәbini öyrәnmәyә çalışın;
Əgәr siz valideynlәrinizi başa düşsәniz, onlarla hörmәtlә davransanız, aranızdakı münasibәtlәr düzgün qurular. Ailәdә qarşılıqlı hörmәt olarsa, sizin dә hәyatınız rahat olar.
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova,
Mənbə: Həyat Bilgisi 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Həyat bilgisi fənni üzrə Dərslik