Fərdi inkişafım üçün özümə çox zaman “Niyə?” sualını verirəm. Məsələn; dərsləri yerinə yetirəndə, insanların çox olduğu yerlərdə və s.Gəlin, indi ümumi Azərbaycan modelinə, Azərbaycan cəmiyyətinə “niyə?” sualını verək. Məncə, elə “Niyə inkişaf edə bilmirik?” sualını versək, tam yerinə düşər. Niyə inkişaf edə bilmirik?!
Cəmiyyətin inkişaf etməsi üçün cəmiyyəti təşkil edən hər bir fərdin özünü dərk etməsi mütləqdir.Yalnız fərdlər düşünərək özünü dərk edə bilər. Platon cəmiyyətin düşünən məhfum olmadığını söyləyirdi. Umumiyyətlə, bəs niyə özümüzü dərk edə bilmirik?
Mənə elə gəlir ki, ”müstəqil”liyin 25-ci ilini qeyd etsək də, müstəqil ola bilməməyimizin səbəbi də elə özümüzü dərk edə bilməməyimizdir. Cəmiyyət olaraq inkişaf edə bilməməyimizin ən böyük səbəblərindən biri də, böyük bir SSRİ faktorudur. SSRİ bir fərd, daha doğrusu azad düşüncəli şəxsiyyət yetişdirə bilmədi. Zaman-zaman bunun yaratdığı problemləri aşkar nümunələrlə görürük.Yaşlı nəslin inkişaf tərafdarı olmamasının da ayrı bir dərd olduğunu qeyd etməliyəm. (Müyyən fəktlar əsasında yazıram,bu cümləni)
Əslində, inkişafımıza maneə olan çoxsaylı səbəblər var. Çünki hər bir kənar təsir düşüncəni əngəlləyir. Filosof Müşviq Şükürovdan niyə inkişaf edə bilmədiyimizi soruşdum, onu dediklərini eynilə qeyd etmək istəyirəm:
“
Feodal təfəkkür tərzindən çıxa bilmirik. Dünyadakı yenilikləri yamsılayırıq yalnız. Mənimsəmirik. Həqiqətən işıqlı adamlarımız azdır. Olanları da qiymətləndirmirik.
Bir az əvvəl də qeyd etdiyim kimi, özümüz ola bilmirik."
Yeni insan modeli yaratmaq istəyən SSRİ demək olar ki, düşünmə qabiliyyətini məhv edib.
Və birdə inkişafı əngəlləyən din, mentalitet və daha nələr var...
Cəmiyyət olaraq elmli insanlara meyl etmirik, ətrfınıza baxın, görün kimləri dəyərləndiririk: bahalı maşını, vəzifəsi böyük olanı...
Bu cəmiyyətdən inkişaf gözləmək bəlkə də, axmaqlıqdır...
Məktəblərimizdə şagirdlər şəxsiyyət kimi yetişdirilmir. Ziyalılarımız (əsasən yazıçılar) xalqı “oyatmağa” cəhd göstərmir. Valdeynlər hələ də öz dar düşüncələri ilə övladlarını məhv edirlər. Hələ də qızlarını oxumağa qoymayan valdeynlər var. 5 manatlıq kitabı övladına almayan bir nəsil “Fala inanma,faldan da qalma” prinsipi ilə hərəkət edirlər… Bütün bunlar cəmiyyyətimizin kiçik təsviridir. Bütün bunlar cəmiyyətin inkaşafına mane olur...
Nə qədər ki, kitabxanalarımızda tozlu kitablar olacaq, cəmiyyət inkişaf etməyəcək. Kitabxanalarda olan tozlu kitabların sayı ilə inkişaf edən cəmiyyət tərs mütənasibdir.
İstədim fikirlərimi daha geniş və aydın yazım, ancaq Cəlil Məmmədquluzadənin məşhur sitatı sözün əsl mənasında imkan vermədi:
«Millətim kitabı bağlayıb, kənara qoyanda, oğul-uşaq evləndirmək üçün mollaya, falçıya üz tutanda əmin oldum ki, bu xalqın savad almağa meyli olmayacaq və illər keçdikcə daha da həvəs itəcək təhsilə...»
Sizə elə gəlmirmi “Niyə?” sualının ən böyük cavabı bu dahinin fikirlərində gizlənib?
Müəllif: Hacı Mayılov