Qınayıram!-2

Qınayıram!-2

  • Salam əvəzinə «slm», təşəkkür yerinə «twk» yazanları qınayıram! Zahid GDMLI©
  • Axundov kitabxanasına qız tutmağa gedən tələbələri qınayıram! telebe©
  • Divarlara X+Y=LOVE yazanları qınayıram Cavid©
  • İt hürər karvar keçər məsəlindəki iti qınayıram Cavid©
  • Şəhərin mərkəzində səviyyəsizcəsinə qızlara söz atan kim varsa hamısını qinayıram!) Nike©
  • Kayzendə başqa saytlardan copy-paste edənləri qınayıram! Türkəl©
  • Hərbi xidmətə gedməmiş,silah görməmiş,əziyyət görməmiş amma bu dəqiqə Bakıda «xod» gedən,X5,RangeRover sürən,kasıbın üstünə xox eliyən,varlı atasına güvənən oğlanları qınayıram! Karizma©
  • Siqaret çəkən qızları qınayıram! Dr Həkim©
  • Kiminsə acığına,prinsipə gedib borc xərclə hansısa bahalı şadlıq sarayında toy edən və hələ əlavə olaraq da özündən şadlıq evinə yenidən pul ödəyən və «PALATKA» Toyunu bəyənməyənləri qınayıram!!! BaKiNeC©
  • qiniyiram!
  • Qınayıram deyib, qınayıram deməklə kifayətlənənləri qınayıram! Yucin©
  • Qaysı olmuyanda bağa gəlmiyən dostları qınayıram! Yucin©
  • «Red Bull»dan «kayf» tutan Azərbaycan gəncini qınayıram! Yucin©
  • Kitab oxuyanları lağa qoyan şəxsləri qinayıram! Nailə Qasarayeva©
  • Reytinq xətrinə hər nə gəldi yazanları qınayıram! Nailə Qasarayeva©
  • Gününü qeybət eləməklə keçirənləri qınayıram! Nailə Qasarayeva©
  • Dilimizdə düzgün danışmayanları çiçək əvəzinə «цiцək», görə əvəzinə «cörə» deyənləri qınayıram! ayxansevda©
  • Ağlaya ağlaya qabağa gedənləri qınayıram! Bakılı©
  • Yuxuya gedəndən sonra mənə girişən ağcaqanadları qınayıram!) Someone©
  • İtlə yolda gedən qıza söz ataraq, «gözəl qız,məni o itin yerinə gəzdirərsən?» sualını verir.Qız isə «Adam ol,yanımda gəzdirərəm» cavabını verir.
  • Qızla tanış olmağına görə bu dərəcədə şərəf və ləyaqətini alçaldan oğlanları qınayıram! Lamiyə©
  • Heç bir rüzum olmadığı halda,qızın çantasını daşıyan oğlanları qınayıram! ORİGİNAL ©
  • Öz anasından,bacısından,atasından,dilindən,qaldığı və olduğu yerdən utanan,dostlarını geyiminə və maddi imkanına görə seçənləri qınayıram! ORİGİNAL ©
  • Orijinal mahnıların üzərinə əyləncə saytlarının «səsli» loqolarını qoyanları qınayıram! (xaricdə mahnının keyfiyyətini artırmaq haqda düşünürlər,bizdə isə...) ORİGİNAL ©
  • Kişi kimi danışan maviləri qınayıram! ORİGİNAL ©
  • Nəqliyyat vasitəsindən (metro,marşurt və s.) düşməmiş özünü içəri «soxmağa» çalışanları qınayıram! ORİGİNAL ©
  • Özü camaata baxıb sonra camaatı ona baxdığına görə qınayan qızları qınayıram! ORİGİNAL ©
  • Qapalı yerdə (metro,ofis,marşurt və s.) gün eynəyi taxmağı azmış kimi,üstəlik altdan-altdan oğlanları süzən qızları qınayıram! ORİGİNAL ©
  • «Meşə çaqqalsız olmaz» məsəlindəki çaqqala görə bütün meşəni çaqqal yerinə qoyanları qınayıram! ORİGİNAL ©
  • Siqaret çəkməklə,spirtli içki qəbul etməklə özlərinin «kişiləndiyini» hesab edən oğlanları qınayıram! ORİGİNAL ©
  • Sevgilisi ilə bir yerdə olmağına baxmayaraq,gözü onda-bunda qalan şəxsləri qınayıram! ORİGİNAL ©
  • «Boloniya sistemi» adıyla əslində «tələbələrin loxlanması sistemi» siyasətini keçirən təhsilimizi qınayıram! (hərə bu sistemi fərqli tərzdə edir,amma sondakı nəticə eynidir) ORİGİNAL ©
  • Kayzendə yerləşdirilən topikin ona maraqlı gəlib-gəlməməsindən asılı olmayaraq həmişə eyni üzvlərə səs verən yaxud səs verməyənləri, topikə "çox sağolun", «təşəkkür edirəm», «nə yaxşı yazmısan» tipli şərhlər yazıb amma səs verməyənləri, son zamanlarda «gözyummaqla» məşğul olub saytın keyfiyyətini aşağı salan saytın rəhbərliyini qınayıram! ORİGİNAL ©
  • Özlüyündə «Qınayıram! topiki varıydıdaaaa,bu „Qınayıram-2“-ni niyə yazmısaneee» deyə düşünənləri və topiki bəyənib səs verməyənləri qınayıram!)) (onsuzda bu topiklə «Qınayıram!» topikinə son qoyuram,kimin nə qınanılası obyekti olsa bura ürəyni boşaldar) ORİGİNAL ©


P.S. " ©" işarəsindən öndəki ad yazının həmin üzv tərəfindən müəllif hüquqlarının qorunduğunu bildirir.Və yalnız həmin üzvün adı yazıldıqdan sonra yazıdan istifadə edilməsinə icazə verilir.

Həmçinin bax:
Qınayıram!
Top