Çoxdandır ki yazı yazmağa da həvəsim ölüb, amma bəzən yaradıcılığın zirvəsində dayanan şeirlər, musiqilər, dialoqlar görəndə yazmamaq olmur. Bu xalqa baxanda ilhamlanmamaq olmur, adamın bloq yazmağı gəlir. Dünən metroda bir kişi öz uşağına burnunu dişlədirdi,burnunun dişlənməsindən xoşbəxt olan ata öz uşağını “nay nay nay…” deyirdi ki, birdə dişləsin. Mən ətrafdakı canlıların üzündəki yalançı təbəssümü görəndə onların yerinə utanıram. Kişi son dərəcə xoşbəxt idi, axı onun uşağı ayaqqabı cıra-cıra neçə il məktəbə gedəcək, onlar axı uşaqlarına birinci sinif sumkası alacaq və sumqaya şorqoğalı,alma, hətta soyuq havalarda uşağa soyuq olmasın deyə nimdər də qoyacaqlar. Uşaq məktəbi sms yaza-yaza bir gün bitirəcək, qız da tutacaq. Qıza maydan, yaşılbaş sona deyən gəncin həyatı başdan ayağa nay nay nay olaraq qalmalıdır. Sonra uşağın əsgər getməsi və gəlməsi sintizatorun müşaiəti ilə qeyd olunacaq. Bu valideyinin üzündəki bədbəxt təbəssümün pik nöqtəsi uşağının gələcəkdə toy gecəsi cinsi əlaqədə olmasına yönəlib. Axı onların ən böyük arzuları uşaqlarının toyunda ritmi “nay nay nay” olan bir mahnı oynamaqdır.
Mövzunun ardını bu linkdən oxuya bilərsiz, əgər oxumaq istəsəz .