Azərbaycan xalqı kiməsə “əxlaqsız” yarlığı yapışdırmaqda maraqlıdır. Adətən, qocalar bu işə əl atırlar. Neçə min il bundan əvvəl Şumer daş kitabələrində yazılmışdı: «İndiki gənclər yaman əxlaqsızdır, böyük-kiçik yeri bilmirlər».
Azərbaycanda çox adam Avropanı əxlaqsız hesab edir. Və bu cəhət də Avropaya inteqrasiya olunmaq yolunda ciddi maneədir. Eyni cəhət sosiomədəni sahədən siyasi sahəyə də transfer edib. Bəzi iqtidar rəsmiləri Azərbaycanın demokratikləşməsi üçün xüsusi standartları olduğundan danışırdı. Guya bizim elə böyük və dəhşətli milli mentalitetimiz var ki, onun qarşısında Avropa duruş gətirə bilməz. Bir zamanlar Atillanın atlarının nalları arasında qalan Avropa indi bizim unikallığımız ilə barışmalıdır. Nə qədər fikirləşsəm də, Azərbaycan xalqının böyük keyfiyyətini anlaya bilmirəm. Bu barədə olan sözlərin çürük qoz qədər dəyəri yoxdur. Məsələn, deyirlər ki, Azərbaycan xalqı qonaqpərvərdir. Hansı xalq qapısına gələn qonağı təpiyinin altına salır, onun başını isti qazana soxur? Ya da Azərbaycan mətbəxi haqqındakı məşhur mif. Guya bizim kulinariyamız bütün dünyada ən zəngin mətbəxdir. Belə deyən adamı yanına salıb Bakı şəhərindəki bütün kafelərdə gəzdirəsən. Ondan artıq yemək növü görsən, mən təslim. Adicə türklərin mətbəxi bizimkindən zəngindir. Litvada restorana girəndə adamın qabağına “menyu-ensiklopediya” qoyurlar. Amma bizdə iki-üç cür yemək olur. Bir də lap tutaq ki, Azərbaycan mətbəxinin bütün dünyada analoqu yoxdur, lap elə dolma da bizimdir. Bununla da öyünmək olar? Xalqın böyüklüyü onun milli kulinariya kitabının qalınlığı ilə ölçülmür. Tamam başqa şeylərlə ölçülür. SSRİ-nin dağılması ilə Azərbaycanın mənəvi deqredasiyası başlandı. SSRİ-nin bir tərəfində Günəş çıxanda o biri tərəfində batırdı. Böyük imperiyanın vətəndaşı olmaq insana qürur verirdi. Az-çox kitab var idi. Teatr, kino, opera var idi. Ən ucqar kəndlərə maşınla aparıb kino göstərirdilər. Amma SSRİ dağılan kimi Azərbaycan xalqı özünü tapdı. Özündən böyük xalq düzəltməyə başladı. Və bütün bu lovğalığın fonunda mədəniyyət məhv olmağa üz qoydu. Bu prosesin qarşısını heç bir vəchlə almaq mümkün olmayacaq. Nə iqtidar bunda maraqlıdır, nə də müxalifət. Çünki onların cəmiyyətdə statuslarını saxlayan məhz bu düşüncədir. Bu düşüncə var olduğu müddətcə biriləri müxalifətdə, biriləri iqtidarda, biriləri mətbuatda qalacaq. Günahkar xalqdırmı? Biz deyirik, xalqdır. Xalqda da bir təpər hissi olmalıdır, daxili bir immunitet olmalıdır. Bir etiraz ruhu olmalıdır. Nazım Hikmət öz xalqına belə yazırdı: Ve bu dünyada, bu zulüm Mənbə: bizim Yol qəzeti
Əxlaq insanların birgəyaşayış normasıdır. Hər bir cəmiyyətin öz əxlaqi norması var. Bu barədə məşhur ingilis filosofu Bertran Rassel “mühakimə edən esseler” adlı əsərində yazıb. Rasselə görə, istənilən əxlaq şərtidir, bu baxımdan istənilən adamı “əxlaqsız” kimi damğalamaq da şərti xarakter daşıyır. Rassel misal çəkir: «İslam dünyasında bir kişi çox arvad alır. Özləri bunu belə izah edirlər ki, başqa cür ola bilməz, bu yolla cəmiyyətin təbii nizamı təmin olunur. Xristian dünyasında isə tək kişi-tək arvad elmi terminlə desək, monoqam ailələr fəaliyyət göstərir. Bu da onlar üçün normal haldır, başqa cürəsi əxlaqsızlıqdır». Rassel Tibetə də “baş çəkir”. Tibetdə bir arvad çoxlu ərlə yaşayır. Onlar da islamdakı və xristianlıqdakı ailə quruluşunu ağlasığmaz və əxlaqsız hesab edirlər.
senin sayende.
Ve açsak, yorgunsak, alkan içindeysek eğer
ve hâlâ şarabımızı vermek için üzüm gibi eziliyorsak
kabahat senin,
- demeğe de dilim varmıyor ama -
kabahatın çoğu senin, canım kardeşim!
Müəllif: naməlum