Biz bu gün Azərbaycanda “təhsil” alan türk tələbələrdən yazacağıq. Onlar bir qayda olaraq Türkiyənin tör-töküntüləridir. Çünki Azərbaycanda təhsil almaq üçün minimum limiti keçmək kifayətdir. Adam tanıyırdım ki, beş il Türkiyədə imtahanlardan kəsilib, axırda Azərbaycan Pedaqoji Universitetinə daxil olmuşdu.
Türkiyənin ucqar, maşın yolundan 350 kilometr aralı kəndlərindən gələn bu gənclər Bakıda əsl azadlıq havasına düşürlər, bu azadlığı sərbəst seks azadlığı kimi anlayırlar. Türkoların qarşısında dondurma kimi əriyən azəri qızları onlar üçün bu imkanı hər an yaratmağa hazırdırlar. Türkoların günü sarsaq azəri qızlarına gic SMS-lər yazmaqda və gecə barlarında keçir.
Onlar Türkiyənin parodiyasıdırlar. Əllərindən heç bir iş gəlməyən, əlləri kitab görməyən bu gənclər Azərbaycanda Türkiyənin adını hörmətdən salırlar, çünki nə mühazirələrə qulaq asır, nə də diplom aldıqları fəndən bir şey qanırlar. Onların çoxu burda pedaqoji ixtisaslarda təhsil alır. Türkoları görəndən sonra onların gələcək şagirdlərinə adamın yazığı gəlir. Mütləq onları da Azərbaycanda təhsil almaq perspektivi gözləyir.
Onların telefonları mahnı, ürəkləri sarsaq mesajlarla doludur. Bir az əvvəl azəri qızlarının türkolar qarşısında dondurma kimi əridiklərindən yazdıq. Buna əsas səbəb isə türklərin ələkeçməz sentimentallığı, saxta kədəridir. Azəri qızlarına dedikləri ilk söz bu olur: “Beni kimse anlamıyor”, “Sen benim kır çiçeğimsin” və s.
Azərbaycana onlar elm oxumağa yox, sevgiylə məşğul olmağa gəlirlər. Kamyon şoferləri olan atalarının onlara göndərdikləri pul axırıncı qəpiyinə qədər bahalı telefonlara, paltarlara, restoran-barlara və siqaretlərə sərf olunur. Əlbəttə, gənc seksə münasibətdə rahib olmalı deyil, lakin onların bütün fikri-zikri qız tovlamaq, bardan qız çıxartmaqdır. Hətta bar qızları onların “cazibəsinə” dayana bilmir.
Orta statistik türk vətəndaşında olan bütün komplekslər türkolarda var. Misal: Türkiyədə bor tapıblar, amma hələ istifadə olunmur. Azərbaycanda bir zamanlar biyan kökü haqqında olan illüziyalar onların bor haqqında illüziyalarına çox bənzəyir. Türkolardan biri mənə eynilə belə demişdi: “Tural abi, Türkiyede acaip bor var ya”. Onların nəzərincə, Türkiyə dünyanın ən çox resursu olan və ən çox inkişaf etmiş ölkəsidir, lakin bütün dünya onlara düşməndir, buna görə də dünya Türkiyənin inkişafını görmək istəmir, hər vəchlə onlara mane olur.
Türkolar dünya mədəniyyəti bir kənara dursun, türk mədəniyyətindən belə nəsiblərini almayıblar. Onların gözündə Nazım Hikmət “vətən xaini”, Orxan Pamuk “türk düşməni”dir. Amma Nazimdən bircə misra bilmədikləri kimi, Orxan Pamukun bir romanının da adını bilməzlər.
Onların bir qismi isə dindar və qatı Fətullah Gülən tərəfdarıdır. Onlar Gülənin və Səid Nursinin əsərlərindən başqa heç bir kitab oxumayan, dünyaya ilk okul (üç sinifli ibtidai məktəb) məzunu olan Fətullah Gülənin gözüylə baxan varlıqlardır. Onların fikir-zikirləri insanlara din aşılamaq, türk litseylərində istedadlı azəri uşaqlarını dünya mədəniyyətindən, fəlsəfəsindən uzaqlaşdıraraq məscidlərə, təkkələrə sürükləməkdir.
Siz də mənim qardaşım….
Mənbə: Bizim Yol qəzeti