Günlərin bir günü və bir günün min hoqqası olarmış. Nə desən ola bilər. 1 %-i var imiş 99%-i yox imiş.
Bu yaxınlarda bütün dünyaya Çilidə 70 gün yerin altinda qalmış 33 nəfərdən danışır. Bütün dünya mediası bu xəbəri yayımlayır. Əslində elə hadisələr bu yerlərdəkilərin yanında çox kiçik hadisələrdi. Burada bir saat liftdə qalıb bir ilin stresini yaşamaq olar.
Milli xilasetmə:
Min hoqqalı günlərdən birini yaşayırdım(indi də yaşayıram, yaşamaq demək olarsa). doqquzuncu mərtəbədə kirayədə qalırdım, doqquzuncu mərtəbədə koridorda həmişə tum yeyən çoxlu qızlar olardı. Tez-tez onların qəhqəhə ilə gülmələri eşidilərdi. Binada köhnə bir lift var idi, çox vaxt bu liftə tüpürərdilər. Bir dəfə axşam saat 9 olardı hardasa, evə gəlirdim. Mən liftkimiyə minəndə bir qız da mindi. Hardasa beşinci mərtəbədə işıqlar söndü. Liftin işığı ayrı idi, binanınkı ayrı. Güya qız qorxurdu. Sonra o, bu fəlakət haqda koridordakıları məlumatlandırdı. Yavaş-yavaş doqquzuncu mərtəbədən ah çəkən arvadların səsi eşidilirdi. Hər kəs liftdə nə baş verə biləcəyini düşünürdü, təcili tibbi yardım çağırmaq istəyən kim, montiyor ardınca qaçan kim. Qız telefonla sağ salamat olduğunu bildirdi, bəsinmədilər, mənlə danışdılar. Sonra qızın kontru qurtardı, qıza kontur yüklədilər. Təxmini bir saat iylənmiş liftdə qaldıq. Əsas məsələ hələ qabaqdaydı. Bütün doqquzuncu mərtəbədəki arvadlar liftin önündə səbirsizliklə yengə kimi gözləyirdilər. Nə isə lift düzəldi, amma hələ binada işıqlar yanmırdı. Yuxarıdan lift cağıran yanmış düyməni basdılar. Liftin qapısı açılanda çox maraqlı bir mənzərə ilə rastlaşdım, əllərində lampa, şam tutub bizi gozleyirdilər. Kişili dişili hər kəs mənə nifrət dolu baxışlarla baxdı. Daha bu bədbəxtləri başa sala bilmədim ki, bunun günahı məndə deyil, gedin işıqınızı tələb edin. Bu hadisə bir neçə həftə arvadlar arasında gərgin mübahisə mövzusu oldu. Güclü arvad təzyiqləri altında oranı tərk etməli oldum (özüm öz xoşumla).
Yazının orijinalını buradan oxuya bilərsiz.