Kanadanın Makgill Universitetinin alimləri seksin mütəmadiliyi ilə yaddaşı əlaqələndirən araşdırma aparıb.
Alimlər belə qərara gəlib ki, tez-tez sekslə məşğul olan gənc qadınlar güclü yaddaşa malik olur.
Araşdırmada 18-29 yaşlı 78 hetereseksual qadın iştirak edib. Onlar araşdırma çərçivəsində yaddaşın kompüterləşdirilmiş yoxlamasından keçib.
Müəyyən olub ki, seksual aktiv qadınlar sözləri
və faktları daha asan yadda saxlayır. Buna baxmayaraq, üzlərin tanınmasına bu fakt təsir etməyib.
Araşdırmaçıların fikrincə, mütəmadi cinsi əlaqə yaddaşı istehsalçısı olan neyrogenezi — hipokampda sinir hüceyrələrinin inkişafını yaxşılaşdırır. Cizgilər hipokampla əlaqəli olmadığı üçün üzlər yadda qalmır.
«Biz beynə həzz siqnalı verən kimyəvi maddələrlə yaddaş arasında maraqlı əlaqəni aşkar etdik. Seksual aktivlik yaddaşı yaxşılaşdırır» — deyə Makgill Universitetinin psixologiya üzrə professoru Yens Presner deyib.
Mənbə: news.milli.az