İnsanın evolyusiyası onun get-gedə ağlından az istifadə etməyə məcbur edir. Bir zamandan sonra insanlar demək olar ki, ətrafına yığdığı əşyalardan asılı olacaq. Bircə o qalmışdı ki, ayaqqabıdan da asılı olaq. Beləliklə...
Yaponiyanın «Hitachi» şirkətinin mütəxəssisləri Kioto Universitetinin tədqiqatçılar qrupu ilə birgə məlumatların kvars şüşəsinə yazılması texnologiyasını yaradıblar. Nəticədə informasiyanı 300 il saxlamaq mümkün olacaq.
«ICTnews» elektron xəbər xidməti «hitech.newsru.com» saytına istinadən bildirir ki, məlumatların yazılması üçün kvars şüşədən ibarət diskdən istifadə olunur.
Kvars şüşəsindən ibarət optik disk müxtəlif ekstremal şərtlərə uğurla tab gətirir. Selsi üzrə 1000 dərəcəyədək qızmaya tab gətirir və suya qarşı davamlıdır.
Emil Hüseynov
Mənbə: http://www.ictnews.az
Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşmüşdü.