Misirdə yeni il sentyabrdadı

Misirdə yeni il sentyabrdadı

Nil “Əl-Bəhr” çayının Misir adıdır. Bu çay öz başlanğıcını Afrika dağlarından götürür və Aralıq dənizinə tökülür.

Amma keçən əsrin əvvəllərində çoğrafiyaşünaslar müəyyən etmişlər ki, Nil çayının iki başlanğıcı var. Bu çayın ən böyük və ən sulu mənşəyi olan “Ağ Nil” öz başlanğıcını Burundi dağlarından, digər mənşəyi olan “Mavi Nil” isə öz başlanğıcını isə Tana gölündən götürür. Bu iki çay birləşərək (Xartum şəhərində — Sudanın paytaxtı) Nili yaradır. Bu məsafə 6.671 km təşkil edir.

Bu çay 50 dərəcə istiliyi olan səhralarla axaraq, qurumadan Aralıq dənizinədək gəlib çatır. Nilin keçdiyi səhralıq ərazilərdə demək olar ki, ildə bir dəfə yağış yağır. Maraqlı isə budur, hər iki tərəfdən səhralarla əhatə olunmuş Nilin yay aylarında suyu qurumur və ya azalmır, əksinə daha da çoxalır.

Hər il sentyabr ayında Nilin suyu ən yüksək həddə çatır və 10-12 metrədək artır. Həmin vaxtlar Nil öz sahillərini iri bir gölə çevirir. Bu da ondan irəli gəlir ki, sentyabr aylında Nilin bir başlanğıcı olan Mavi Nilin mənşəyində güclü yağışlar yağır. Digər bir başlanğıcı olan Ağ Nilin mənşəyi isə il uzunu yağışlı olur.

Oktyabr ayının əvvələrində Nil artıq öz məcrasında olur və öz sahilləri çərçivəsində axır. Bu zaman Nil daşarkən su altında qalmış ərazilər münbit bir əkin sahələrinə çevrilir. Elə həmin andan bu ərazilərdə əkin işlərinə başlayırdılar.

Qədim Misirdə yerli əhali üçün Nilin daşması və çəkilməsi bol məhsul demək idi. Bol məhsul isə vadidə yaşayan milyonlarla əhalinin azuqəsi demək idi. Qədim misirlilər əkinə başladıqları günləri “Yeni il” in başlanması kimi qeyd edirlər. Həmin günləri misirlilər çox təmtəraqla qeyd edər, Nil allahı Hapiyə qurbanlar kəsərmişlər ki, o, Nilin bol suyunu onlara çox görməsin.

azens.az
Top