qız tutmaq 2

qız tutmaq 2

Qız tutmaq öz inkişaf dövrünü yaşayır.  Qız tutmaq  termini dövrdən, fəsildən asılı olaraq öz adını dəyişir. Bu yaxınlarda marşrutda iki ovçunun(hunter) Şıxov çimərliyinə getmək haqqında danışması diqqətimi cəlb etdi. Məhz buna görə də bu postu onlara ithaf edirəm. Gəncləri şərti olaraq cındır və cındırquyruğu adlandırıram.
Dialoq:

Cındır:  Bəlkə Şıxova gedək?

Cındırquyruğu:  niyə?

Cındır: Ay yazıq sən nə biləsən niyə, balıq tutmağa.

Cındırquyruğu: adama 2 manat yol pulu verincən bazardan alaram da( hələ məsələni anlamıb), həm də tilovmuz da yoxdur, necə tutacayıq?

Cındır: çox rahat, eləsi var özü yaxınlaşır

Cındırquyruğu:  özü yaxınlaşır? Yox bir deyir “gəl tut məni”,  balıq tutanın gərək quyruğu suda ola.

Cındır:  Ay bədbəxt sən nə vaxt ayılacaqsan? Bayaq platformada tutduğum balıqdan deyirəm.

Bu dialoq həqiqətən sübut edir ki, sizin Üzeyir kimi karifeyiniz var. Üzeyirə qulaq asan balıq, ceyran, cüyür, quzu, tutar. Cındır və Cındırquyruğunun beyin hüceyrələrinin qız tutmaq üçün necə hərəkət etdiyini bilmək asandır. Cındırın beyin hüceyrələrinin hərəkətinin riyazi funksiyası sinx funksiyasında olduğu kimi, cındırquyruğununki isə cosx funksiyasında olduğu kimidir, yəni eyni zibildir.

Həqiqətən qız tutmaq üçün müəyyən fəsillər və bu fəsillərə uyğun musiqilər var.
Yaz fəsli: “gedək sənə gül dərim, səni gülə döndərim” qız rolunda: cüyür
Yay fəsli: “özidə mini yupkada ay can ay can” qız rolunda: Kərtənkələ(kərtənkələm mənim)
Payız fəsli: "payız gəldi, uçdu getdi quşlar" qız rolunda: köçəri qaz
Qış fəsli: "yenə qış gələcək, qar yağacaq, qız olmayacaq ruhunuz donacaq"  qız rolunda: qış yuxusuna getmiş ayı

Qız tutmaq elmi əsrlərin bizə yadigarıdır. Əgər sən marşrut sürürsənsə, sənin geniş imkanların var, marşrutda üzeyirin musiqisini səsləndirməklə ürəklərə xal sala bilərsən. Mən Üzeyiri qınamıram, ona halaldır, o ürəkləri fəth edir, pul qazanır, ona qulaq asıb feyzyab olan, köks ötürən yüz minlərlə tutan və tutulan var. Üzeyir telefona səsini yazıb amr formatından mp3 formatına keçirməklə qəlblərə yol tapır. Üzeyir bu yaxınlarda “incə maraqlar” verilişinin qonağı olub, verilişin reytinqi 100%-a yaxınlaşıb, digər kanallar müflisləşmə təhlükəsiylə qarşılaşıb,  bunu görən səyyah muğamla yaşlı nəsili bihuş, feyzyab etmək üçün regionlara üz tutub özlərini müflüsləşmə təhlükəsindən qurtardı.

Bəzən adam fikirləşir ki, görəsən bu qız tutanların axırı necə olacaq? Cavab tapmaq sadədir, yəni onlar arvad tutacaqlar. Qız tutanlar feyzyab olurlar, bihuş olurlar, sazın sözün sehrinə düşürlər, qafiyə tuturlar, çırtma vururlar, yuxu yozurlar, Üzeyirə qulaq asıb daha da dərindən sevirlər. Qız tutun, chatları fəth edin, neandertal quş vurub qazan doldurar, baş kəsər.

Top