Soyuq duş arıqladır

Soyuq duş arıqladır

İrlandiyalı alimlər soyuq duşla bağlı araşdırma aparıb. Belə ki, idmançılardan ibarət olan iki qrupdan biri yalnız idman, digəri isə idmanla birlikdə soyuq duş qəbul edib. Araşdırma nəticəsində alimlər bu qənaətə gəliblər ki, soyuq duş qəbulu çəkini aşağı salır. Soyuq ilə təmasda olarkən dərinin səthində dərialtı damarlarda qan dövranı güclənir və təzyiq qalxır. Bunun hesabına metabolizma prosesi güclənir və orqanizm əlavə kaloriləri yandırmağa başlayır.

Damarların bu cür məşqi fiziki təzyiq zamanı da kömək edir. Buna görə soyuq duşu idman məşqləri ilə uyğunlaşdırdıqda arıqlamaq istəyənlərə müsbət nəticə verir. Soyuq duşla arıqlamaq istəyənlər bilməldir ki, əvvəlcədən buna hazırlıqlı olmalıdır. Belə ki, hazırlıqsız olduqda pnevmaniya və ya bronxit xəstəliyinə tutulmaq mümkündür. Yeni başlayanlar 1-ci dəfələr üçün 1-2 dəqiqəlik soyuq suda yaxalanmaq kifayətdir. Gün keçdikcə soyuq duş prosedurunun müddətini uzatmaq lazımdır. Soyuq duş almazdan əvvəl bədən tərli və ya məşqlərdən qızışmış olmamalıdır.

Prosedurun əvvəlində yüngül diskomfort hissi yaşaya bilərsiniz, lakin getdikcə soyuq duşdan ləzzət alacaqsınız. Arıqlamaq effektini gücləndirmək üçün sellulite qarşı cod moçalka ilə sürtmək faydalıdır. Duşdan sonra isə antisellulit kremlərindən istifadə edin. Soyuq duş metodundan hər kəs istifadə edə bilməz. Belə ki, tromboflebit, onkoloji proseslərdə, qan xəstəlikləri, təziq və aybaşı olduğunuz zaman soyuq duş qəbulu qadağandır. Soyuq duşdan sonra iştah açılır, lakin qida qəbul etmək məsləhətli deyil. Duşdan sonra ən yaxşısı şirə, qatıq və ya meyvə yeməkdir.
Top