Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşmüşdü.
Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından onun yaşı şübhə doğurur.Bəli Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dörünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeydolunması və digər aidiyyəti məsələlərin səhv olmaq ehtimalı da mövcuddur… Fransız tarixçisi və sosioloqu UD MOŞEP UD TOVEM keçən əsrin 60-cı illərində çap olunmuş özünün «Qafqaz xalqları və onların mədəniyyəti» haqqında olan əsərdə Azərbaycana da xüsusi yer ayırmışdır..Həmin əsərdə 1800-ci ildə əhalinin əsasən də siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s. olmamasını yazmışdır..Şirəli Müsümovun doğum tarixinin düzgün olmamasını göstərməklə, 100-ə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf etdiyini də qeyd etmişdir..