Milli Azərbaycan toyu necə olur?

Milli Azərbaycan toyu necə olur?

Marşrut nə qədər yazmalı mövzu olsa da, finişdə toy onu arxada qoyur.
  • Toyda tərəkəmə var, yanıq kərəm var, əli hasalı başı heçnədən çıxmayan ağsaqqallar var, şillağlayıb oynayanlar var, əhd edib düşük düşük ayağıyalın oynayanlar var. Fit çalıb məclisi şurlu keçirənlər var,
  • milli mətbəxin gözü olan bozbaş var,
  • 50 qram içki içib anqıranlar, bağıranlar, ağnayanlar,
  • ağacdan sallaşanlar var,
  • mollanın xeyir duası ilə kəbinin kəsilməsi var,
  • camaata özünü bomba oğlan kimi göstərmək üçün manısa şabaş verənlər var,
  • qız seçimi etməyə gələnlər var,
  • əl dəsmalı(salfetka) üstündə var-yox söyüşü söyənlər var,
  • bozbaşdan sonra sintizatorun müşaiyəti ilə kartoşkanın nəlbəkilərlə paylanması var,
  • bəygörmə mərasimi var,
  • bəylə gəlinin üzündən ardı arası kəsilmədən öpən arvadlar var,
  • bəyin gəlinə baxıb gülümsünməsi var,
  • sağdış, soldış və digərləri var,
  • xonçalarla şirniyyat var,
  • ağsaqqalların və qonşuların ünvanına sağlıq dastanlarının deyilməsi var,
  • tamadanın(tamatanın) çaypulu tutması var,
  • bəyin oynayanda camaatdan pul yığması var,
  • gəlinin özünü çəkib utanmadan,
  • qızarmadan gəlin kreslosuna oturmaması var,
  • bəy atasının 100 dollara gəlini əyləşdirməsi var,
  • vəhşiləşmiş uşaqlar var,
  • uşaqlar arasında yerdən pul yığmaq üstündə gedən rəqabətli mübarizə var.
Müsbət sonsuzluğu kəşf etmək istəyənlər üçün toy bir növ mənbə, qaynaq rolunu oynaya bilər, amma dolmanı yaddan çıxarmaq olmaz.
Milli toyda şampan mərasimi:

 

Gəlingətirmə mərasimini yazmasaq bəyin kefinə dəyər. Hələ də dərvişlərin müşaiyəti ilə keçən toylar öz varlığını, suverenliyini qoruyub saxlamaqdadır. Gəlinin ardınca yaxınlarının yalandan ağlaması, kişilərinsə muğama qulaq asa-asa qəhərlənməsi dərviş adətinin hələ də ölmədiyini, bu qədim və unikal sənətin ürəklərdə yaşamasını göstərir. Əbəs yerə ATV-də folklorumuzun dərvişlərdən gəlməsi sübut olunmub. Bu isə o deməkdir ki, məclişdə meyxanaçıların cırışması, didişməsi var.

 

Toylarda düşən davaları yazmasaq Koroğluyla Nəbi küsər. Toyda iki kasa yağlı bozbaş yedikdən sonra həzm prosesinə ehtiyac yaranır, belə olduqda qədim güləş ənənələrinə müraciət olunur, qapışırlar, 3 dəfə arxaya şillağ atırlar, axırda söhbəti fırladırlar. Söhbəti xəncərlə həll edənlər və baş kəsənlər də olur. Yekə peysərli ərənlərimiz var, kim nə deyir, desin, gələcək bizimdir.

Milli Azərbaycan touyu çox vaxt belə olur:

 

Fikrimdən çıxmamış bir müasir cihaz haqqında da məlumat verim. Gənclər arasında qız tutmaq əməliyyatının mümkün qədər asanlaşdırılması üçün “lazer” adlandırılan şüa vurandan geniş istifadə olunur. Düzdür son dövrlər restoran toyları dəb düşüb, amma lap istəyir toy Kanar adalarında ola, xeyri yoxdur, orda bozbaş var, limon suyuyla, narşərabla şirənin qatışması var. Restoranlarda çaypulu(tələffüzdə çaypı) tutmaq üçün bütöv bir gün toy mərasiminin başlaması anını gözləyən ofsiantlar var. Ofisiantlar ağalara elə xidmət edirlər ki, az qalırlar ağaları yedirsinlər(feeding). Pivə bidonları 7 saat yedikdən sonra özlərinin dedikləri kimi paxmil və piyan olurlar. Özləri demişkən lomkada olurlar. Bütün bu dəhşətləri dünyaya yaymaq istəyən səyyahlar, banular əzmlə çalışırlar Nə isə belə gəlib belə də gedəcək, özünüzə yaxşı baxın,

“quruldu meydan, ay can ay can,hər tərəf hər yan ay can ay can” meyxanasına qulaq asın gələcəyə ümidlə baxın… Xoşbəxtlık, xəlq, Göyəzən dağı, Qoşqar,Kəpəz,Kür,Araz...

Top